اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Gənclər mitinq keçirəcək

Yayım Tarixi: 22.02.2012 14:07
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu günədək Bakı Şəhər İcra Hakimiyyəti müraciətə heç bir cavab verməyib

Məlum olduğu kimi, fevralın 13-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. 

Həmin müraciətdə martın 4-də saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulur.

Bu günədək Bakı Şəhər İcra Hakimiyyəti müraciətə heç bir cavab verməyib. 

Komitə yetkililəri bu məsələ və mitinqə hazırlıq, mitinq öncəsi keçirilən görüşlər və digər bu kimi məsələlərlə bağlı 23 fevral 2012-ci il tarixdə, saat 12:00-da VHP-nin mərkəzi qərargahının akt zalında mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, 25 fevral tarixdə, saat 15:00-da VHP-nin akt zalında müxalifət və müstəqil gənclərin “Gələcək naminə” forumu da təşkil ediləcək.

Xatırladaq ki, müraciət Gənclərin Hüquqlarını Müdafiə Komitəsi(GHMK) tərəfindən edilib. GHMK-da 4 partiya ,5 təşkilat – “Azad Gənclik” Təşkilatı, “Müsbət dəyişiklik” Gənclər Hərəkatı, “Dalğa” Gənclər Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı, “İnsan Hüquqları Klubu” , “Vətəndaş Həmrəyliyi Partiyası”, “Musavat Partiyası”, “Azərbaycan Xalq Cəbhəsi Partiyası” və “Azərbaycan Demokrat Partiyası” Gənclər Təşkilatları təmsil olunurlar. qafqazinfo
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Momin
24.02.2012 10:03
Salam Alekum
qrdaslar biz hemese CIHATTDA sizinleyik ta olenekimi
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768