اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Bugün: 23.02.2012, 1 Rəbiyül-axır 1433

Gecikmiş məktub

Yayım Tarixi: 26.01.2012 02:55
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
"məndən əsər-əlamət qalmayanda bu məktubla, bu kəlimələrimlə məni xatırlayarsan"

Saatlar bir-birini əvəz edirdi.
Qarşımda bir vərəq, bir də qələm.
Nəsə yazmaq istəyirdim, amma nə?
Sanki illərin gecikmiş sözləri yazılmağı, bir-bir sətirlərə tökülməyi gözləyirdi.
Qələmin vərəqə ilk yazdığı kəlmə bu oldu: “Gecikmiş məktub”.
Kimdən idi bu məktub? Nə yazılacaqdı məktuba? Hara gedəcək və kimə çatdırılacaqdı?
Suallar çoxdur və...

 “Salam.
Neçə vaxtdır sənə yazmaq istəyirəm. Amma nə yazım, şikayətimi sənə necə bildirim, səsimi necə eşitdirim bilmirəm. Bəlkə də daxilimdə olan qəzəbimi sənə göstərmək istəmirəm. Amma artıq bu məktubun yazılma vaxtı gəlib çatıb(bəlkə də keçib).
Sən ilk dəfə məni tərk edib gedəndə dedim ki, bəzən belə şeylər olur, yəqin bir müddətlikdir. Nə vaxtsa səhvini başa düşərsən və oyanarsan. Fikirləşdim ki, zaman öz təsirini göstərər, darıxarsan. Atıb getdiyin üçün nə vaxtsa geri qayıdarsan.
Amma yox, təəssüf ki yox!
Görürəm ki, sən özünə çox şən bir həyat qurmusan. Əyləncədən, istirahətdən geri qalmırsan. Həmçinin onu da bilirəm ki, mənim adımdan istifadə edib özünə məqam qazanmaq istəmisən, guya qayğımı çəkirsən və hətta mənim üçün yalançı yardım kampaniyaları qurub çoxlu maddi gəlir əldə etmisən, tədbirlər təşkil edib uzun-uzadı çıxışlar etmisən.

Mən isə sənin vüsalınla gözüm yollarda, qollarıma dönəcəyin günü səbirsizliklə gözləyirdim.
Sən gedəndən sonra nələr oldu biləsən deyə ürəyimdəkiləri bu sətirlərə tökürəm.
Bəlkə də bunları oxumaq sənə maraqsızdı. Amma məndən əsər-əlamət qalmayanda bu məktubla, bu kəlimələrimlə məni xatırlayarsan. Sonra da bir ocağa atıb külə çevirərsən, necəki indi mən yanmışam, kül olmuşam.
Səndən sonra hər tərəf qapqaranlıqdır, əsən soyuq yellər sümüklərimdəki iliyi qurudur, sındırılmış qapıdan içəri keçən yad insanlar, qəhqəhə səsləri... Bəzi yerlərdə hələ də xaraba evlər, qan izləri qalır... Bu mənzərəni görüb bütün vüqarını itirmiş dağlar və ananın pəncərənin qarşısında əkib-becərdiyi güllərin qəmli baxışları bağrıma dağ çəkir...
Səni gözləyərkən gördüyüm bu mənzərə sənə olan intizarımı heç etdi. Dağ olsan buna dözə bilməzsən, amma mən illərdir səbr etmişəm. İndi isə can verirəm. Bəlkə gələrsən deyə ölümümlə savaşıram, amma ...
Bir neçə gün bundan əvvəl səni görmək üçün buraların ən yuxarı zirvəsindən var gücümü toplayıb sənə boylandım, musiqi səsləri eşitdim, kimlərsə “Qarabağın şikəstəsi”ni oxuyurdu. Siz tərəfdə möhtəşəm bir atəş-fəşanlıq var idi, fişənglər göyə ucalırdı. Şikəst olmuş Qarabağa həsr olunan bir nəğmə. Qara bəxtli mənəmi oxuyurdunuz o nəğməni?! Afərin, əhsən... Elə o an başa düşdüm ki, mən sənin nəğmələrində səslənən, səni şənləndirən bir musiqiyəm sadəcə. Sən yeni həyatına salam deyərkən, mən sənə həsr etdiyim həyatıma əlvida deyəcəm. İllər keçəcək və bir gün övladların səni də, sən məni yad əllərə atdığın kimi atacaq. Səni qarın soyuğunda donmağa, gecənin qaranlığında ürküb gizlənməyə yer axtarmağa, payızın solan yarpaqları arasında yağan yağışla birgə ağlamağa, yazın açan çiçəkləri arasında solmuş bir gül kimi boynunu bükməyə, yayın od tökülən istisində içməyə bir qurtum su tapmamağa məcbur edəcək. O zaman mənim buralarda nə çəkdiklərimi başa düşəcək və “Bağışla, bağışla!” deyə fəryad edəcəksən bəlkədə. Amma o zaman mənim sənə verəcək nə bir ümidim, nə də bir haqqım olmayacaq. Salamat qal ey məni yadlara tərk edən, salamat qal.”

İmza: Qarabağ..


Xədicə Hüseynzadə 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ya Huseyn
28.01.2012 14:31
Cox Gozel!
Qarabagin kederli sozleri, bizi de kederlendirdi. Mubariz kimi ogullar olmasa hec o kulu de qalmaz. Allah qeleminize quvvet versin, baci. Yazilariniz heqiqeten deyerli yazilardi. Sizlere ugurlar!
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768