Genetik informasiya bir neçə saatda oxuna biləcək
Bu yeni elmi nəaliyyət əsasında həyatın əsas strukturunu təşkil edən DNT-nin quruluşunu artıq bir çeçə gün deyil bir neçə saat ərzində hazırlayıb ortaya çıxara bilmək mümkün olacaq.
Bunun sayəsində artıq DNT analizlərini laboratoriyada aparmağa ehtiyac olmayacaq, DNT quruluşunu, HİV və bu kimi təhlükəli xəstəlikləri daha asan şəraitdə və daha qısa müddətdə aşkara çıxarmaq mümkün olacaq.
Yeni nəaliyyət insanlarla yanaşı heyvandarlıq və əkinçilikdə də genetik mutasiyaların qarşısının alınmasında da geniş istifadə ediləcək.
DVD Player ölçüsündə olan bu cihaz "GridİON" adlandırılır. Bununla bərabər dünyanın ilk miniatur ölçülü və birdəfəlik istifadəyə yararlı olan "MinİON" cihazının da bu yaxı zamanlarda ictimaiyyətə tanıdılacağı bildirilib. USB kart ölçüsündə olan bu cihazın 2012-ci ilin ikinci yarısından etibarən satışa çıxarılacağı açıqlanıb.
Qeyd edək ki, cihazın satış qiyməti 900 dollar nəzərdə tutulub.
islamazeri.az