Google şirkəti Chrome 17 brauzerinin stabil versiyasını buraxıb
İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, yeni versiya xüsusilə ilk hərflər daxil edilərkən veb-ünvanların quraşdırılmış avtomatik tamamlanması funksiyasını, eləcə də potensial zərərli faylların yüklənməsindən geniş qorunmanı nəzərdə tutur.
Brauzer ünvanların avtomatik tamamlanması funksiyasını tam ünvana daha yaxın olan variantlar təklif etməklə yanaşı, fon rejimində (veb-brauzerin pəncərəsində göstərilmədən) istifadəçinin görmək istədiyi güman edilən səhifənin əvvəlcədən yüklənməsini yerinə yetirir. Bu halda lazımi resursa sürətli keçid təmin edilir.
Zərərli fayllara gəldikdə, istifadəçi hər dəfə internetdən fayl yükləyən zaman brauzer yüklənən ünvanı təhlükəsiz fayl və saytlar üçün əvvəlcədən müəyyənləşdirilən “ağ siyahı” ilə tutuşdurur. Fayl “ağ siyahı”da olmayanda onun ünvanı avtomatik təhlil aparan və faylın mənbəyi daxil olmaqla, bir neçə amillər üzrə qiymətləndirməyə çalışan Google serverinə ötürülür. Fayl təhlükəli olanda brauzer istifadəçini bu barədə məlumatlandırır.
Chrome 17 brauzerindən Windows, Mac OS X və Linux əməliyyat sistemləri yararlana bilər. Brauzeri Google-un
saytından yükləmək mümkündür.
islamazeri.az