"Google"-un bazar payı 60% təşkil edir, heç bir digər rəqib şirkətlərin bazar payları isə 10%-dən çox deyildir.
Google şirkəti Amerikanın internet axtarış və reklam texnologiyaları sahəsində ixtisaslaşan ən böyük transmilli şirkətidir.
Şirkət Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə özəl şirkət formasında yaradılmışdır.
2004-cü ildən etibarən isə onun səhmləri fond birjalarında satışa buraxılmışdır.
Şirkət haqqındaŞirkətin yarandığı gündən etibarən sürətli inkişafı axtarış sistemi ilə yanaşı bir sıra digər məhsulların da yaranmasına səbəb olmuşdur.
Bunlara misal olaraq, e-poçt xidməti olan “Gmail”, sosial alətlər olan “Google+” və “Google Buzz”, həmçinin, “Google Chrome”, “Picasa”, “Google Talk” və s. kimi məhsulları misal göstərmək olar.
Hal-hazırda, Google şirkəti bir çox smartfonlarda istifadə olunan Android əməliyyat sisteminin inkişafı üzərində işləyir.
Qeyd etmək lazımdır ki, şirkətin bazar payı 60% təşkil edir.
Heç bir digər rəqib şirkətlərin bazar payları isə 10%-dən çox deyildir.
Şirkətin bazar kapitallaşması isə 202.7 milyard dollara bərabərdir.
Həmçinin, şirkətin əsas internet səhifəsi olan www.google.com ən çox daxil olunan internet səhifədir.2001-ci ildən etibarən Google şirkəti bir çox şirkətlərin alışını həyata keçirmiş və əsas diqqəti kiçik vençur şirkətlərinə yönəltmişdir.
2004-cu ildə Yer səthinin peyk şəkillərinin hazırlanması ilə məşğul olan “Keyhole, Inc” şirkəti alınmışdır. 2005-ci ildən etibarən bu məhsul “Google Earth” adlandırılmışdır. 2 il sonra Google şirkəti 1.65 milyard dollara “Youtube” şirkətini almışdır.
Eyni ildə internet-reklam sahəsində ixtisaslaşan “DoubleClick” şirkəti 3.1 milyard dollara əldə olunmuşdur.
Bundan başqa, şirkət “GrandCentral”, “On2 Technologies”, “Agnilux” şirkətlərini də almışdır.
2010-cu ildən etibarən Google şirkəti bərpa olunan enerjinin mənimsənilməsi layihəsinə investisiya qoyuluşunu həyata keçirməyə başlamış və şimali Dakotada yerləşən iki külək elektrik stansiyasına 38.8 milyon dollar dəyərində sərmayə qoyuluşu etmişdir.
“NextEra Energy Resources” şirkəti layihənin inkişafına pul vəsaiti cəlb etməkdən ötrü, layihənin 20% payını Google şirkətinə satmışdır.
Qeyd etmək lazımdır ki, şirkət həmçinin xeyriyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə, 2004-cü ildə “Google Foundation” şirkətini yaratmışdır.
Fond qeyri-kommersiya xarakteri daşıyır və ilkin kapitalı 1 milyard dollara bərabər olmuşdur.
Bu qurumun əsas istiqaməti iqlim dəyişkənliyi, qlobal səhiyyə, kasıblığın aradan qaldırılması və s. layihələrə yönəldilmişdir. Həmçinin, 2010-cu ildə Google şirkəti “Wikipedia” şirkətinə 2 milyon dollar dəyərində yardım göstərmişdir.
Mühüm xəbərlərdən biri Google şirkətinin “Motorola Mobility Holdings, Inc” şirkətini almaq istəyi olmuşdur.
Bu əməliyyatın həyata keçirilməsi üçün 12.5 milyard dollar vəsait ayrılmışdır.
Google “Motorola Mobility Holdings, Inc” şirkətinin hər bir səhminə 40 dollar ödəyəcəyini bildirmişdir.
Bu isə həmin dövr üzrə səhmin dəyərindən 63% çox idi. Əməliyyatın 2011-ci ilin sonu 2012-ci ilin əvvəli həyata keçirilməsi nəzərdə tutulmuşdur. Google şirkətinin bu alışı keçirməkdə əsas məqsədi “MM” şirkətinin mobil texnologiyaları sahəsində olan böyük sayda patentlərinin əldə olunması və bununla da android-smartfon bazarında öz mövqeyini möhkəmləndirmək istəyi olmuşdur.
Belə ki əməliyyat baş tutsa, Google şirkəti Motorola şirkətinin 17 min patentini əldə edəcəkdi.
Lakin, “Standard&Poor’s” şirkəti Google şirkətinin səhmlərinin reytinqini azaltmış və bu alışın Google şirkətini riskə məruz qoyduğunu qeyd etmişdir.
“Standard&Poor’s” şirkətinin analitikləri qeyd etmişlər ki, “MM” şirkətinin Google tərəfində alınması onun gəlirliliyinə mənfi təsir göstərəcəkdir.
Eyni zamanda əməliyyatın 2012-ci ilin yanvar ayına qədər baş tutması da şübhə doğurur.
Bu mülahizələr nəticəsində, Google şirkətinin reytinqi aşağı salınmış və nəticədə onun səhmlərinin dəyəri də müəyyən müddət aşağı düşməyə başlamışdır.
Google şirkətinin “Standard&Poor’s” şirkəti tərəfindən reytinqinin azaldılması onun səhmlərinin avqust ayında aşağı düşməsinə səbəb olmuşdur.
Bunun əksinə olaraq, Motorola şirkətinin səhmləri bir gün ərzində 58.5% artmışdır.
Bunun səbəbi isə əvvəl də qeyd etdiyimiz kimi, Google şirkətinin hər bir səhmə onun həmin dövr üzrə dəyərindən 63% artıq vəsait ödəyəcəyini elan etməsidir.
Aşağıdakı şəkildən bunu əyani görmək olar:Google şirkəti, həmçinin, “Yahoo” şirkətinin axtarış sistemini almaq üçün bir sıra investisiya fondları ilə danışıqlar aparır.
Lakin, bu barədə hələ rəsmi məlumatlar yoxdur.Maliyyə vəziyyətiŞirkət öz güclü maliyyə vəziyyəti ilə seçilir. 2011-ci ilin 2-ci rübündə şirkət 2452 nəfər yeni işçi qəbul etmiş və öz əməkdaşlarının ümumi sayını 28768 nəfərə çatdırmışdır.
Qeyd etmək lazımdır ki, Google, sosial şəbəkə olan Facebook və Apple şirkətləri ilk on ən yaxşı işəgötürənlərin siyahısına daxil olmuşlar.
Şirkətin satışları yarandığı gündən etibarən artmaqdadır və artıq 3-cü rübün göstəricilərinə əsasən əvvəlki ilə nisbətdə 22% artmış və 35.76 milyard dollara bərabər olmuşdur.
Şirkətin xalis gəlirləri də 3-cü rübün göstəricilərinə əsasən əvvəlki ilə nisbətdə 12.6% faiz artmış və 9,6 milyard dollara bərabər olmuşdur. 2001-ci ilə nisbətdə isə şirkətin xalis gəlirləri 1367% artmışdır.
Eyni zamanda, 3-cü rüb üzrə hər səhmə düşən gəlir 30.4 dollar təşkil etmişdir.
Şirkətin cari aktivləri 2011-ci ilin 3-cü rübündə 50 milyard dollara bərabər olmuş, bu isə əvvəlki ilə nisbətdə 20.4% artmışdır.
3-cü rüb üzrə cəmi aktivlər isə 69.1 milyard dollara bərabər olmuş bu isə əvvəlki ilə nisbətdə 6.1% artım deməkdir.
Şirkətin səhmdar kapitalı da stabil olaraq artmaqdadır və artıq 3-cü rübdə 54.83 milyard dollara bərabər olmuşdur.
Buradan belə bir nəticə çıxarmaq olar ki şirkətin aktivlərinin böyük bir hissəsi səhmdar kapitalı vasitəsilə maliyyələşdirilmişdir.
Şirkətin pul vəsaiti hesabatına nəzər salsaq görərik ki, əməliyyat fəaliyyətindən daxil olan pul vəsaiti daim artmaqdadır və artıq 3-cü rübdə 14 milyard dollar bərabər olmuşdur.
Şirkətin əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitinin onun xalis dəyərindən çox olması müsbət siqnal kimi qəbul oluna bilər.
Eyni zamanda şirkət investisiya fəaliyyəti üzrə 17.3 milyard dollar vəsait sərf etmişdir.
Şirkət eyni zamanda 2011-ci ilin 3-cü rübü üzrə 11.5 milyard dollar həcmində yeni borc öhdəliyi buraxmış və 9.4 milyard dollar dəyərində borc öhdəliyini ödəmişdir.
Qeyd etmək lazımdır ki, yarandığı gündən etibarən şirkət divident ödəməmişdir.
Həmçinin, şirkət 45 milyon dəyərində səhmini geri almışdır.
Şirkətin cari və qısamüddətli likvidliyi müvafiq olaraq 5.63 və 5.45-ə bərabərdir.
Bu isə şirkətin öz qısamüddətli öhdəliklərini ödəmə qabiliyyətinin yüksək olduğunu göstərir.
Eyni zamanda şirkətin P/E və P/BV əmsalları sənayenin ümumi göstəricisindən aşağıdır.
Buna əsasən isə demək olar ki, şirkətin səhmləri aşağı dəyərləndirilmişdir.
Yuxarıda qeyd olunanlara əsasən demək olar ki, şirkət böyük potensiala malikdir və bundan tam şəkildə istifadə etməyə çalışır.
Əgər Google şirkəti “MM” şirkətini alsa, şirkət Motorola smartfonlarını özünün Android əməliyyat sistemi ilə təchiz edə biləcək və bununla da Apple şirkətinin rəqibinə çevriləcəkdir.
Eyni zamanda Motorola şirkətinin yüksək sayda patentlərinin əldə olunması gələcəkdə şirkətin inkişafına təkan verəcəkdir.
Əgər Google şirkəti bir sıra mobil rabitə operatorları ilə müqavilə bağlasa, Apple və Microsoft şirkəti öz bazar seqmentlərində yeni bir rəqiblə üzləşəcəklər.
Nəticədə Google mobil rabitə bazarında lider şirkətlərdən birinə çevrilə bilər.
Bundan başqa, şirkətin ən məşhur axtarış sisteminə malik olması, böyük reklam şəbəkəsi, “Google Chrome” və “Google Maps” kimi məhsulları şirkətin gələcək inkişafını təmin edəcəkdir.
Şirkətin güclü maliyyə nəticələri və həyata keçirdiyi siyasət onun səhmlərinin gələcəkdə qalxmasına səbəb ola bilər.
Bütün qeyd olunanlara əsasən deyə bilərik ki, şirkətin səhmlərinin ədalətli dəyəri 740 dollara bərabərdir.
islamazeri.az