Azərbaycan Ordusunun əsgəri yol qəzasında ölüb
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşının qəzaya uğraması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Anar Ocaqov ölüb. Daha bir əsgər isə xəsarətlə hospitala yerləşdirilib.
A. Ocaqov 2011-ci ildə Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
islamazeri.az