اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Bugün: 23.02.2012, 1 Rəbiyül-axır 1433

Həyatda təsadüf yoxdur, bizə edilənlər etdiklərimizin əksidir

Yayım Tarixi: 27.01.2012 18:25
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Həyatın əks-sədası

Bir kişi və oğlu dağların arasında yerləşən meşədə gəzişirlərmiş.
Birdən uşağın ayağı ilişib yıxılır və "aaahhh" deyə bərkdən qışqırır.
İrəlidə dağlardan "aaahhh" deyə bir səs eşidir və çaşır.
Maraqlanır və ''Sən kimsəən?'' deyə qışqırır.
Aldığı cavab 'Sən kimsən?' olur.
Aldığı cavaba hirslənib ''Sən bir qorxaqsaan!'' deyə təkrar qışqırır.
Dağdan gələn səs "Sən bir qorxaqsaan!" deyə cavab verir.
Uşaq atası tərəfə çevrilir və qormuş halda yavaşca ''Ata nə olur belə?'' deyə soruşur.
Atası "Oğlum, dinlə və öyrən!'' deyərək dağa tərəf dönüb ''Sənə heyranaam!'' deyə qışqırır.
Gələn cavab ''Sənə heyranaam!'' olur.
Ata təkrar qışqırır:''Sən möhtəşəmsəən! gələn cavab: ''Sən möhtəşəmsəən!".
Uşaq çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir.
Atası şərhini edir: ''İnsanlar buna əks-səda deyərlər, amma əslində bu həyatdır. Həyat daim sənə sənin verdiklərini geri verər. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox şəfqət istədiyində, daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbrli olmasını istəyirsənsə sən də daha səbrli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır, hər dövr üçün etibarlıdır.''

Bəli, həyatda təsadüf yoxdur, bizə edilənlər etdiklərimizin əksidir.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768