Yanğın nəticəsində 359 məhkum yanaraq ölüb
İslamazeri.az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Hondurasda ölənlərin ailələrinə başsağlığı verən prezident Porfiryo Lobo hadisə ilə bağlı istintaq başladılacağını bildirib.
Faciə səbəbi ilə ölkədə bayraqlar yarıya qədər endirilib. Yanğını bir məhkumun törətdiyi güman edilir. 500 nəfərlik həbsxanada 856 məhkumun qalması hadisənin miqyasını daha da ağırlaşdırıb. Hondurasda 2003-cü ildə də bir həbsxanada yanğın olmuş, 68 nəfər dünyasını dəyişmişdi. 2004-cü ildəki bir həbsxana yanğınında isə 100-dən çox məhkum ölmüşdü.
Ancaq bu son yanğın 1930-cu ildə ABŞ-ın Ohayo ştatında 322 məhkumun yanaraq öldüyü faciəni də geridə qoyaraq, ən böyük həbsxana yanğını olub.
islamazeri.az