اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Həqiqət sandığımız təlqinlər

Yayım Tarixi: 28.01.2012 02:10
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Elmin cavabı belədir: Hər şey Vahid bir varlıq tərəfindən bizə bildirilir, ruhumuza hiss etdirilr

İnsan doğumundan etibarən bir çox səhv təlqinlə böyüyür. Bu təlqinləri öyrənir və həqiqət kimi qəbul edir.
Amma bu həqiqi olmayan həqiqət insanın hər şeyi var zənn etməsidir.

Mövzuya biraz aydınlıq gətirək.
Məsələn televizorun zavodda düzəldildiyinə yəqin şəkildə əminik, halbuki bu beynimizdə yaranan vizual xəyali effektlər bütünüdür.
Yəni, televizor da, onun düzəldildiyi zavod da yalnız təsəvvürlər inikasıdır.
Həqiqətdə isə biz televizorun da, zavodun da əslini görmürük.
Yalnız beynimizdəki kopiyaları ilə təsəvvürümüzü formalaşdırırıq.
Lakin heç görmədiyimiz halda o televizorun zavodda düzəldiyindən əmin oluruq.

İnsan özü də vizual olduğu halda var olduğundan, danışanın özü olduğundan yüzdəyüz əmindir, yeriyənin özü olduğundan yüzdəyüz əmindir. Halbuki vizual olan bir şey yeriyə bilməz, danışa bilməz.

Bəs bütün proseslər necə baş verir?

Elmin cavabı belədir: Hər şey Vahid bir varlıq tərəfindən bizə göstərilr, eşitdirilr və ruhumuza hiss etdirilr.
Yəni elm əslində dində buyurulan Allahın varlığını, qüdrətini və heç nəyin Onun iradəsindən kənarda olmadığını göstərir.
Bütün bu gerçəklərə baxmayaraq insanların bir qismi təlqinlə, gerçək olmayan təlimlərə inanır.
Amma əgər bir insan doğru olana, haqqa, həqiqətə görə yaşamaq istəyirsə, hər şeyin görünüş olduğunu və tək mütləq varlığın Allah olduğunu bilərək, öz düşüncəsini daim Allahla sinxiriyyətdə qərarlaşdıraraq yaşamalıdır.

Bu həqiqət barədə Allah-mütəal Quranda belə buyurur:
Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
(Bəqərə Surəsi, 255)
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768