Noyabrın 21-i Ümumdünya Yol Qəzaları qurbanlarının xatirə günü kimi qeyd olunur
Bu ildən etibarən xatirə günü Azərbaycanda da qeyri-rəsmi formada qeyd edilməyə başlanılıb.Rəsmi statistikaya əsasən, hər il Azərbaycanda 1000 nəfərə yaxın insan yol nəqliyyat hadisələrinin qurbanına çevrilir. Belə ki, 2010-cu ildə Azərbaycanda baş verən yol qəzalarında 925 nəfər həlak olub, 2871 nəfər yaralanıb. 2009-cu il ərzində respublika ərazisində 2792 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 930 nəfər həlak olub, 3044 nəfər yaralanıb. 2008-ci il ərzində isə respublika ərazisində 2970 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1052 nəfər həlak olub, 3232 nəfər yaralanıb. Bu ilin 9 ayı ərzindəki statistika belədir: 712 ölü, 2459 yaralı...\
Hər gün dünyada 3 min nəfərdən çox insan yol qəzalarında ölür. Dünyada yol qəzalarının və bu hadisələrin qurbanlarının sayına görə inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələri xeyli qabaqlayır. Əhalinin sayına düşən yol qəza qurbanlarının sayına görə İran ilk yerdədir.
İl ərzində dünyada baş verən yol qəzalarında təxminən 1 milyon 300 min insan həlak olur, 50 milyon nəfər isə yaralanır. Bu barədə İngiltərədə yerləşən Beynəlxalq Yol Təhlükəsizliyi Komissiyasının (BYTK) məlumatında bildirilir. Məlumatda deyilir ki, qəza nəticəsində baş verən ölüm halları yoxsul ölkələrdə sürətlə artmaqda davam edir.\lent.az\
islamazeri.az