“Amma kənardan yardım olmadan, müstəqil gəzmək üçün hələ çox aylar keçməlidir, hazırkı anda müalicə planlaşdırılmış tempdə gedir”
Valensiya xəstəxanalarının birində hər iki ayağı transplantasiya edilmiş pasient öz birinci addımlarını atıb.
Pasient bərpaedici terapiyadan sonra özü sərbəst gəzə biləcək.
Şəxsiyyəti açıqlanmayan 20 yaşlı oğlan ötən ilin iyul ayının 10-da 50 nəfərdən ibarət həkimlər komandası tərəfindən əməliyyat olunmuşdu.
O, özünün birinci addımını pasientlərin reabilitasiya keçdikləri La Fe klinikasının hovuzunda atıb.
Plastik cərrahiyyə mütəxəssisi doktor Pedro Rodriges Savadas deyib ki, pasient çox da çətinlik çəkmədən addımlayır.
“Amma kənardan yardım olmadan, müstəqil gəzmək üçün hələ çox aylar keçməlidir, hazırkı anda müalicə planlaşdırılmış tempdə gedir”, - Kavadas Rodriges fikrini belə davam etdirib.
Doktor Kavadas öz sahəsi üzrə dünyada hörmət qazanmış cərrahdır, o, 2009–cu ildə dünyada ilk dəfə olaraq dil və çənə də daxil olmaqla üzün transplantasiyası əməliyyatını həyata keçirmişdi.
2006–cı ildə Kavadas kolumbiyalı qadını ikiqat əməliyyat etmiş, ona qolun bazuönü hissəsini implantasiya etmişdi.
2008–ci ildə isə başqa pasientin ayağını yenidən yerinə tikmişdi.İspaniya kütləvi informasiya vasitələri doktor Kavadası “möcüzə” adlandırırlar.
islamazeri.az