ABŞ-ın Kaliforniya ilə Nevada ştatalarının sərhədində olan Ölüm Vadisi, "hərəkət edən daşları" ilə illərdir alimlərin diqqətini cəlb edir.
Günlərlə müşahidə edilən daşların yer dəyişdirməsi isə bütün araşdırmalara baxmayaraq açıqlana bilmir. Bir nəzəriyyəyə görə isə, külək, daşların qum üzərində sürüşmələrinə şərait yaradır. Yüz kilolarla ağırlıqda olan daşları hərəkət etdirəcək şiddətli küləklər olmasa da, eyni nöqtədən hərəkət etməyə başlayan daşların necə olub da fərqli istiqamətlərə yönəldiklərini kimsə açıqlaya bilmir. Külək nəzəriyyəsinə qarşı çıxanlar "Külək, eyni nöqtədən hərəkət etməyə başlayan iki daşı eyni istiqamətə sürüşdürər. Amma burada vəziyyət fərqlidir" deyir. Bu təbiət hadisəsi isə bu gün də öz sirrini qorumağa davam edir.
islamazeri.az