اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Haşimi barəsindəki iddiaları rədd edir

Yayım Tarixi: 21.02.2012 12:43
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
150-yə yaxın cinayətdə ittiham olunan Haşimi, haqqındakı iddiaları rədd edib

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İraqda baş nazir Nuri Əl Maliki ilə vitse-prezident Tarıq Əl Haşimi arasındakı məhkəmə böhranı davam edir.

Həbsi ilə bağlı qərar qəbul edilən Tarıq Əl Haşimi məzhəbi səbəbilə, yəni sünni olduğu üçün hədəfə alındığını deyib. Keçən həftə 150-yə yaxın cinayətdə ittiham olunan Tarıq Əl Haşimi həbs qərarından sonra sığındığı İraqın şimalından iddialara cavab verib.

Haşimi haqqındakı iddiaların tamamilə siyasi olduğunu bildirib. Bağdaddakı bəzi dövlət idarələrinə, mühafizəçilərinə hücum təşkil etdirməkdə ittiham olunan Haşimi İraq məhkəməsinin tərəfsizliyini itirfdiyini, bu səbəbdən məhkəmə ədalətli oluncaya qədər heç bir iclasda iştirak etməyəcəyini deyib. İddiaların mühafizəçilərin iddialarına əsaslandığını söyləyən Haşimi bildirib ki, bu ifadələr işgəncəylə alınıb.

Vitse-prezident əlində bununla bağlı dəlillərin olduğunu deyib. Vəkillərinin istintaq materiallarıyla tanış olmasına imkan verilmədiyini bildirən Haşimi beynəlxalq hüquqa müraciət edəcəyini söyləyib. İraq xalqına səslənən Haşimi "Nuri Əl Maliki hökumətinə inanmayın" deyib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768