“Məşhədi Dadaş”da növbəti Cümə namazı qılınıb
Məscidin İmam Camaatı Hacı Şahin Həsənlinin Həcc ziyarətilə bağlı ölkədə olmamasına baxmayaraq xütbələr söylənilib, Cümə namazı qılınıb.İslam-Azeri.az internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, bu dəfəki İmam Cümə ilahiyyatçı alim Hacı Əkrəm Əliyev olub.O ilk öncə özünü və namaz iştirakçılarını təqvaya dəvət edib.İmam Cümə çıxışına belə başlayıb: “Qarşıdan Qədir-Xum bayramı gəlir. Bu çox əhəmiyyətli bayramlardan biridir. Qədir-Xum hadisəsi ən məşhur və çox yayılan hadisədir. Peyğəmbərimiz Həccül vidadan qayıdarkən Qədir-Xum adlanan yerdə ümmətə moizə edir. Buyurur: “Aranızda iki dənə əmanət qoyub gedirəm. Biri Quran, digəri isə Əhli-Beyt. Bunu insanlara vəsiət edir. Sonra Həzrəti Əlini yanına çağırıb, camaata deyir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Bu mövzudan, inanıram ki, çoxunuzun məlumatı var”.Hacı Əkrəm daha sonra təbliğatçının xüsusiyyətləri və keyfiyyətlərindən danışıb.“Bizə təbliğdə lazım olan məsələlərdən biri, çox qısa işarə etmək istəsək, savad məsləsidir. Təbliğatçının xüsusiyyətlərindən biri elmdir. Adətən elmin yanına insafı əlavə edirlər.Bəzən olur insanlar bir fikir barəsində, əqidə barəsində bəhs edirlər, təbliğ edirlər, amma diqqət olunanda məlum olurki, bu danışdığı sözə tam əmin deyil, tam dəqiqləşdirməyib. Bir məsələni neçə il təbliğ edir, sonra məlum olurki, fikri düzgün çatdırmayıb, düzgün danışmayıb. Yaxud da hamısı səhv deyil, amma səhv danışdığı da var.İnsan təbliğ edəndə dəqiq məlumat əldə etməlidir. Bir çox məsələr var ki, onları araşdırmayanda, elmi cəhətdən mütaliə etməyəndə bəzi fəsadlar yaranır.Ola bilər ki, tarixdə elə bir mövzunu araşdıraq, öz ziyanımıza olsun. Yaşadığımız tərzə, danışdığımız sözə uyğun gəlməsin. Amma həqiqət olsun. Ağıl sahiblərinin, möminlərin, Allaha iman gətirən şəxslərin vəzifəsi isə bunu qəbul etməkdir, hətta mənfəətlərinə ziyan olsa belə. İnsan elmi cəhətdən yəqin bilmədiyi şeyi inkar etsə, bu onun həm elmsizliyini, həm də insafsız olmasını göstərir.
Və alimlərin də bu cür xətt qoymaları böyük fəsada səbəb olur. Hədislərdə var: “Alim fasiq olandan sonra aləm fəsada bürünər, xarab olar”.Bəzən olub insanlar tarixdə bir sözlər yazıblar ki, 100 illərdir bizlərə təsir qoyub. Onun təsiri altında yaşayırıq. Bu dində yolverilməz məsələdir.Məsələn, özlərindən hədislər yazıblar ki, “hər kəs peyğəmbəri görübsə səhabədir”. Səf də etsə, düz də etsə - bunu müzakirə etmək olmaz, xətadı edib, səhabədir, ictihad edib. Əvəzində isə əcr qazanıb. Səhabələrin toxunulmazlığı var. Bu fikir peyğəmbərə nisbət verilir. Peyğəmbərin adından nəql olunub. Biz buna diqqət etsək görərik ki, nə qədər peyğəmbər adına iftira yaxırıq. Biz peyğəmbərin şənini nə qədər azaltmaq istəyirik! Nə qədər ləkə vururuq peyğəmbərə! Hətta bəzi nəql olunan qondarma hədislər o qədər geniş yayılır, düşmənlər də bundan isifadə edir. Və bununla müsəlmanlığa qarşı sui-istifadə edilir. Düşmənlər də bununla cürət tapırlar.
Axı hər hansı məntiqli insan bunu necə qəbul edə bilər ki, məni hər görən insan, heç olmasa bir dəfə görən insan, ömürünün axrına kimi nə etsə haqdır. İşiniz olmasın. Düz edib. Fikir verməyin ona, xəta edib. Nə etsə, əcri var.İmam Cümə birinci çıxışının sonunda deyib: "Peyğəmbər Qədir-Xumda buyurmuşdu ki, məndən sonra sizi çox çətin günlər gözləyir".Cümə namazının ikinci mövzusu isə İmam Sadiq (ə)-dan nəql olunan hədisin açıqlamasıdır: "Sizin aranızda qardaşlıq üçün 3 şeyə ehtiyac var: 1. İnsaf. 2. rəhmət və mərhəmət. 3. Həsəd aparmamaq."Moizələrdən sonra Cümə namazı qılınıb, dualar oxunub.
islamazeri.az