"Bu adam üçün namaz da qılınmır, dəfn də olunmur"
Bu ay Məhərrəmlik ayıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayı və digər məsələllərlə bağlı müsahibə ANS TV-nin “Əhatə dairəsi” verilişinə verib.
Cənab Şeyx, İslam dünyası üçün müqəddəs sayılan Məhərrəm ayı başlayıb. Bu ayın əhəmiyyəti barədə nə deyərdiniz? İnsalnar bu ayda nəyi öyrənməlidir?
-Məhərrəm ayı müqəddəs aylardan biridir. İslam dininin ilk illərində, ərəb ölkələrində bu aylarda hətta müharibələri saxlayardılar.
Sonradan da Allah elə nəsib etdi ki, Kərbəla hadisəsi Məhərrəm ayının onuna düşdü.
Peyğəmbər (ə.s.ə) haqdırsa, onun nəvəsi, sevdiyi bir insan İmam Hüseyn (ə.s), onun ətrafındakı insanlar haqqın yolunda şəhid oldular.
Bu bizim üçün bir rəmzdir. Haqqın yolunda canımızı da verməyə hazır olmalıyıq.
İstər Sovet, istər ondan sonrakı dövrlərdə həmişə İmam Hüseyn üçün təziyyə saxlanılıb. Amma müstəqilik dövründə buna daha çox diqqət yetirilir.
Əvvəllər, Təzə Pir məscidi vardı, indi Əlhəmdullah 500-dən yuxarı məscid var. Bütün məscidlərdə, hər yerdə İman Hüseynin şəninə layiq məclislər keçirilir.
Hər il bizim Qazilər Şurası tövsiyə edir ki, bu məclislər İmam Hüseynin şəninə layiq keçirilsin. Bəzən özünü ifrat dərəcədə döymək, qan çıxartmaq, zəncir vurmaq və s. bu məsələlər şəriətlə uyğunsuzluq əmələ gətirir. Ona görə də, biz hətta bununla bağlı Səhiyyə Nazirliyinə məktub da göndərmişik ki, məscidlərin nan verməsi üçün xüsusi şərait yaradılsın. Bu qan isə imkanı olmayan, ehtiyacı olan şəxslərə çatdırılsın.
Cənab Şeyx, necə düşünürsünüz, Məhərrəm ayının bütün günlərində təziyyə tutulmalıdır, yoxsa, yalnız Aşura və ondan sonrəzdində istəyən adamların qakı günlər?-Əgər insanın ağlına, həyatına, imanına təsir etmirsə, təziyəni Aşura və digər günlərdə tutub tutmamasının heç bir xeyri yoxdur. Əlbəttə, adəti yaddan çıxartmaq olmaz. Biz həmişə ata-babalarımızdan Məhərrəm-Səfər ayında peyğəmbərləri, İmam Hüseyni və digər insanları yada salmışıq və təziyyə saxlamışıq. Amma bu, insanların ailələrinə çörək qazanmaq, işləmələrinə təsir göstərməməlidir. Bir insan İman Hüseyn üçün təziyyə saxlayıb, öz ailəsinə çörək qazanmırsa, bu olmaz. Elə İman Hüseyn buna razı olmaz. İnsan həm işləməyi, həm çörəyini qazanmağı bacarmalı, həm Allahını, həm də İmam Hüseyni yaddan çıxartmamalıdır. Mən belə tövsiyə edirəm.
Cənab Şeyx, İslam Universitetinin “Şəriət” fakültəsinin dekanının ölümü cəmiyyətdə fərqli fikirlər və ziddiyətlər yaratdı. Hüquq mühifizə orqanları da bir tərəfdən hadisənin intihar faktı olması üzrə araşdırma aparırlar. Artıq burada da fikirlər qarışır. Necə ola bilər ki, şəriəti tədris edən bir şəxs intihar etsin?
-İstərdim sualı başqa formada qoyaq. Axı əlimizdə onun intihar etməsinə aid sübutumuz yoxdur.
Bizim əlimizdə dövlət orqanlarının kağızı var ki, bu adam ürək tutmasından vəfat edib. Ya gərək dövlətə inanaq, ya da inanmayaq.Məhkəmə tibbi-ekspertizanın rəyində elə göstərilir. Amma açılan cinayət işi intihara, ölümə qəsddir.-Onu bilmirəm, əgər sübut edəcəklərsə, o başqa məsələ. Hələlik, bizim əlimizdə bu kağız var. İntihar deyil, yəni ki, ürəkdən vəfat edib.
Qaldı intihar məsələsinə, mən buna heç inanmıram. Mən inanmıram ki, bu insan, “Şəriət” fakültəsinin dekanı intihar edib. Ona görə də, mən elə birinci fikirdə qalıram ki, bu insan ürəkdən ölüb. Dövlətin bizim sorğumuza verdiyi cavabda göstərilir ki, bu insan ürək çatışmazlığından vəfat edib. Həqiqətən də, universitetdə, başqa yerlərdə onun ürəyinin ağrımasını, ürək dərmanının verilməsinin, müalicə olunmasının sübutları var.
Əslində din adamı intihar etməz. İntihar çox böyük günahlardan hesab olunur. İntihar şeytanın gəlini olmaq, şeytana inanmaqdır. İntihar qərarını alan insan Allahdan ümidini itirir, ondan sonra intihar edir. Allahdan ümidini itirən adam Allahdan heç bir şey istəməməlidir. O, Allahın rəhmətindən . Buzaqdadıru adam üçün namaz da qılınmır, dəfn də olunmur. Şəriətdə intihardan böyük günah yoxdur. Bunu tələbələrinə öyrədən, danışan, deyən bir insan əgər intihar edəcəksə, onun ağlı çatmamalıdır, yəni, huşunu itirməlidir, özündə olmamalıdır. Axı bu sübut əlimizdə yoxdur.
Cənab Şeyx, ümumiyyətlə, son zamanlar cəmiyyətimizdə intihar faktı çoxalıb. Yəni, statistikaya baxanda, ötən illərə nisbətən xeyli artım var. Din bu sahədə insanlara hansı köməkliyi edə bilər?
-Din elə əvvəldən intihar məsələsinə öz münasibətini bildirib. Yadıma gəlir, vaxtikən bizim intihar haqqında xüsusi qərarımız vardı. Din tərəfindən bu məsələ dəfələrlə çap olunub. Bunun hamısı bayaq dediyim kimi imanın zəifliyindəndir. İnsanda iman zəif olarsa, iman nuru, iman işığı insanda olmasa, o, intihara gedə bilər. İman işığı kimdə varsa, kim Allaha inanırsa, o, intihara əl atmamalıdır. İnsan hər bir şeyi Allahın ona buyurduğu kimi etməlidir, yəni, məcburiyyət qarşısında qalsa da, Allahdan ümidini üzməməlidir, dözüm göstərməlidir.
islamazeri.az