Bu gün Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədovun həbs olunmasından 1 il ötür
Ötən ilin bu günü AİP sədri Hacı Mövsüm Səmədov maşınla getdiyi zaman yol polisi tərəfindən saxlanılmış və naməlum istiqamətə aparılmışdır. İlk olaraq guya polisə müqavimət ittihamı ilə 13 sutkalıq həbs cəzasına məruz qalan partiya sədrini qarşı daha sonra ağır ittihamlar irəli sürülmüş və nəticədə 12 il həbs cəzasına məruz qalmışdır.Hər şey bu çıxışla başladı. Yanvar ayının 2-də ölkədə hicab qadağasına etiraz olaraq Hacı Mövsüm öz etirazını bildirdi. Belə ki, partiyanın qərargahında baş tutan iclasda Hacı hicaba qadağa qoyanları sərt şəkildə tənqid etdi. Bu isə “kimlərinsə” xoşuna gəlmədi. Tez-tələsik qurulan ssenari əsasında “axtarışlara” başlayanlar naşı şəkildə hazırlanmış bir komediya ortaya qoydular. Guya mütəşəkkil dəstə adı altında Hacı Mövsümün əmisi oğlu Dəyanət və qaynı Firdovsi həbs edildi. Özü də evlərindən “silah çıxdı.”
Hacı Mövsümün tənqid etdiyi yəhudiləri (Sionistlər) onlar ki, Fələstində müsəlmanların qanını tökür və bütün dünya bunu qınayır əvəzləmə kimi heç özlərinin də yəhudi olduğunu belə bilməyən Qubada yaşayan azsaylı xalqla əvəzləyən əməliyyatçılar buna qəribə bir don da geyindirdilər. Qeyri təriqətlər. Əslində ittiham aktına baxanda tələm-tələsik bir ssenari olduğu ilk baxışdan görünürdü. Əlbəttə, Masallının ruhanisi Seyyid övladı Fəramiz Abbasovun da bu “cinayətkar dəstəyə” əlavə edilməsindən görünürdü ki, sadəcə tapşırılan işlər icra edilib. Amma ssenaristin onsuz da gülməli şəkildə qurulmuş komediyasına əməliyyatçıların naşılığı da əlavə ediləndi bu “cinayət işində” ciddi boşluqlar yaranırdı. Astara sakini Rufulla Axundzadənin, AİP-in sədr müavini Hacı Vaqif Abdullayevin həbsi isə artıq “cinayət işinin” böyüdülməsinə hesablanmış addım idi. Amma ən böyük səhv hafizi quran, ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin bu “cinayət işinə” qoşulması oldu. Amma sonradan öz səhvlərini başa düşən kimi Zülfüqarı yüngül cəza ilə işdən uzaqlaşdırdılar.
Bir-birinin ardınca olan və əslində komediyadan başqa bir şeyi xatırlatmayan məhkəmə prosesində şahidlərin gülünc ifadələri, hətta ittiham olunan şəxsləri tanımamaqları bir yana qalsın, savadı olmayan insanların cəlb edilməsi yenə də istintaqçıların naşılığından xəbər verirdi. Nəhayət hakim bütün bu biabırçılığa cəmi 5 dəqiqədə son qoydu. Əvvəl, müdafiə tərəfinin də şahidlərinin dindiriləcəyini qəbul edən hakim hələ ittihamın şahidlərinin onları biabır etdiyini görüb “yuxarının” fikrini soruşmaq üçün müşavirəyə getdi. Qayıdanda isə artıq “hökm oxunmuşdu.” Deyəsən “sifarişçidən” tapşırığını yaxşı alan hakim məhkəməni bitirdi və 6 nəfərə ağır cəzalar təyin etdi.
Bu bir il bundan əvvəl həbs olunmuş AİP sədrinin keçdiyi yol idi. Onun niyə həbs edilməsinə gəlincə isə bu başqa bir mövzudur. Ötən il yanvar ayının bu günüdən başlanan “cinayət işinə” düz 8 ayın tamamında yəni oktyabr ayının 7-də yekun vuruldu.
P.S. Düz 1 ildir zindandadır Hacı Mövsüm. Sadəcə haqqı dediyinə görə. Haqq isə batilin heç vaxt xoşuna gəlmir. Amma bir gün Allahın verdiyi vəd tamam olanda yəni “Haqq gələndə, batil mütləq aradan gedəcək...”
Bəxtiyar Səfa
islamazeri.az