اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Hacı Mehdi Məmmədov naməlum istiqamətə aparılıb

Yayım Tarixi: 18.02.2012 13:38
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılıb

18.02.2012/ 13:38
İslamazeri.az-ın verdiyi xəbərə görə bu səhər Hacı Mehdi yaşadığı Biləcəri qəsəbəsində yerləşən 6-cı polis bölməsinə çağırılıb.

Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, səhər birlikdə polis bölməsinə gediblər. Bölmədən bir qədər sonra çıxan Hacı Mehdi Məmmədov  özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən  şəxslər tərəfindən niva markalı maşına oturdaraq naməlum istiqamətə aparılıb.

Vəkil Zaman Səmədovun bildirdiyinə görə Milli Təklükəsizlik Nazirliyinə müraciət edilib. Amma Mehdi Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinə gətirilmədiyi bildirilib. Vəkil Mehdi Məmmədovun hansı istiqamətə aparılması haqda bütün hüquqi addımların atıldığını bildirib. Onun sözlərinə görə "102" xidmətinə, Binəqədi Rayon polis bölməsinə müraciət etmişik.   

Qeyd edək ki, Seyid Elburus adlı dindar da dünən eyni ssenari ilə maşına mindirilərək aparılıb.

Hadisələri diqqətdə saxlayacağıq...

19.02.2012 00:19
İctimai Birliyin sədri Binəqədidə Baş Polis İdarəsində saxlanılır.
Az öncə "Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bu barədə məlumat verib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Muhammed
18.02.2012 17:28
Allah Zalımlara Ləhnət Eləsin !!!
SALAM OLSUN ALLAHA LƏBBEYK DEYƏNLƏRƏ.ALLAHİN ŞİDDƏTLİ LƏHNƏTİ OLSUN MOMİNLƏRƏ ZULM EDENLƏRƏ .BUNU YAZİNİ OXUYANLARDA XAHİS EDİRƏM Kİ QƏLBİMİZDƏKİ QORXU BUTLƏRİNİN SİNMASİNDAN OTRU DUA ETSİNLƏR ALLAH HƏR ŞEYİ GORUR VƏ BİZİ OZUMUZDƏNDƏ COX İSTƏYİR
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768