اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Hacı Mehdi Məmmədovun saxlandığı yer məlum olub

Yayım Tarixi: 19.02.2012 00:19
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
İctimai Birliyin sədri Binəqədidə Baş Polis İdarəsində saxlanılır

Az öncə "Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bu barədə məlumat verib. Vəkil bildirib ki, İctimai Birliyin sədri Binəqədidə Baş Polis İdarəsində saxlanılır.

Xatırladaq ki, dünən səhər Hacı Mehdi Məmmədov yaşadığı Biləcəri qəsəbəsində yerləşən 6-cı polis bölməsinə çağırılıb.
Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, səhər birlikdə polis bölməsinə gediblər. Bölmədən bir qədər sonra çıxan Hacı Mehdi Məmmədov özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən niva markalı maşına oturdaraq naməlum istiqamətə aparılıb.
Vəkil Zaman Səmədovun bildirdiyinə görə Milli Təklükəsizlik Nazirliyinə müraciət edilib.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768