اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Hacı Tale Bağırovun apellyasiya məhkəməsənin nəticəsi

Yayım Tarixi: 20.02.2012 17:23
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
Xəbər verdiyimiz kimi, bu gün hicab məhbusu Hacı Tale Bağırovun apellyasiya şikayətinə baxılıb

Azadxeber.az saytının ilahiyyatçı Hacı Tale Bağırovun məhkəməsindən verdiyi xəbərə görə, bu gün (fevral ayının 20-si) Bakı Apellyasiya Məhkəməsi, 2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsinin Taleh Bağırov üçün 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

Lakin məhkəmə bu dəfə ilahiyyatçının cazasını 15 gün azaldıb. Belə ki, 2011-ci il mayın 7-də həbs olunan Taleh Bağırov mayın 21-dək inzibatı qaydada 15 günlük həbs cəzası almışdı. Nərimanov Rayon Məhkəməsi ilahiyyatçıya hökm çıxararkən həbs müddətinin mayın 21-dən hesablanması qərarını vermişdi. Hakim Mirzəli Abbasov Taleh Bağırovun həbs müddətinin inzibati cəza aldığı gündən – 7 may 2011-ci ildən hesablanması barədə qərar çıxarıb.

Qeyd edək ki, Hacı Tale Bağırov və onun hüquqların müdafiə edən Anar Qasımlı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ədalətsiz hesab edərək buna etiraz ediblər.

Vəkil Anar Qasımlının bildirdiyinə görə, Tale Bağırovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələrindən şikayəti vermək üçün Ali Məhkəməyə müraciət olunacaq.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Murad
04.03.2012 18:06
Haqqa Edalet
Allah Haci Talehe Gunahcasina Edilen Bu Cinayet isi yerde qalmayacaqdir Allah Pis adamlarinin cvb o biri dunyada ozu verecekdir.Haci Talehin Ailesine Sebr dileyirik Allah komeyil olsun.
Telman
22.02.2012 15:58
Ya Allah
Allah en gozel hokm edendir Allaf fesADI MOMINLERIN ELIYLE ARADAN APRACAQ BUNA YEQINIVIZ OLSUNKI ZALIMLARIN SONU CATIB
Haqq Axtarisinda
21.02.2012 14:10

Bismillah. Edaletsiz hakimiyyetden bundan bashqa ne gozlemek olarki...
Siddiqeyi Kubra
20.02.2012 17:54

Nureddin Sirin yazisinda yazdigi kimi bir gun yezidin de sonu gelecek.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768