Heç düşündükmü “Hicab aksiya”sında başı yarılan bizim atamızdı? - Onda neyləyərdik?
Heç düşündükmü məktəblərə hıcabına görə buraxılmayan məktəbdən qovulan bizim bacımızdır?
Heç düşündükmü həbs olunan ruhanilər bizim atamız ya qardaşımızdı? - O vaxt da belə soyuqqanlı olardıqmı?
Heç düşündükmü polisin əlindən Quranı alınıb yerə çırpılan, təpiklə vəhşicəsinə maşına mindirilən bizim bacımızdı ya anamızdı? - Əgər anamıza qarşı da belə etsəydilər yenə süst olardıq?
Bacımızın başına polis dəyənək vursaydı necə? Üzmüzü çevirib keçərdik?
Bax hicab mehbusları idiki bütün sadaladıqlarımı öz ruhu ilə hiss edirdi. Çünki onların ruhu islami bir ruh olaraq formalaşmışdır.
Həmçinin bu günde hicab qadağasını ürək ağrısı ilə duyan möminlərin ruhu islamidir ve onlar ruhən bu zülmləri öz vücudlarında duyurlar.
Hacı Talenin bu sözü buna əyani sübutdur: "Möminə xanımlardan mənim adımdan üzr istəyin, deyinki əlimdən gələn bu oldu".
Məgər möminlər bir bədənin üzvləri kimi deyilmi? Bu gün məni incitmirlərsə amma başqa bir möminə zülm edirlərsə və məndə soyuqqanlı olaraq tamaşa edirəmsə haradan mömin sayılıram?
Bəlkə öz nəfsimin keşiyində duran möminəm nəinki həqiqi mömin?!
Bu gün mübariz insanlara şərrlər atılır ki, guya hicabı əllərində bayraq ediblər, islamdan siyasi maraqlarına görə istifadə edirlər. Bu məkrli və nifaq dolu sözləri bu gün bir sıra dindar və ya dini təhsil almış bir tələbə deyirsə bu ağlamalı bir haldır. Bu insanlar ya bilərəkdən ya bilməyərəkdən düşmənin fitnə odunu qıvılcımlandırırlar. Əgər biz ruhən islamı yaşamasaq bundan sonra zalımların deyil, Allahın əzabını gözləyək.
Bəhram Soltanov, Salyan şəhəri
islamazeri.az