اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Heydər Əliyevin Aşura günü mərasimində çıxışı

Yayım Tarixi: 05.12.2011 13:29
Din
Yazı ölçüsü: büyüt küçült         

haber
Əmin olduğumu bildirirəm ki, xalqımız öz milli ənənələrinə, adətlərinə, dininə, məsləkinə həmişə sadiq qalacaqdır.

"Əziz bacılar və qardaşlar, əziz müsəlmanlar!
Müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur.
Bu gün həzrəti Məhəmməd(s) peyğəmbərin nəvəsi həzrəti imam Hüseynin(ə) qətlə yetirildiyi gündür.
Biz ulu babalarımızın vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik.
Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm.
Bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk.
Biz bundan sonra da Qurani-Şərifin, həzrəti Məhəmməd(s) peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, vətən yolunda şəhid olmuş həzrəti imam Hüseynin(ə) və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq.
İndi Vətənimiz faciəli bir dövr keçirir. Yağı düşmən torpaqlarımıza hücum edir. Azərbaycanın cəsarətli oğulları vətənimizi müdafiə edir və bu yolda həzrəti imam Hüseyn(ə) kimi şəhid olurlar.
Biz vətən, torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin şücaəti qarşısında Kərbəla müsibətilə əlaqədar keçirilən bu mərasimdə bir daha baş əyir, onların xatirəsini qəlbimizdə daim yaşatmağa söz veririk.
Allah dünyasını dəyişmişlərin hamısına rəhmət eləsin.
Biz qətlə yetirilmiş imam Hüseynin(ə) və onun silahdaşlarının xatirəsi önündə baş əyirik.
Əmin olduğumu bildirirəm ki, xalqımız öz milli ənənələrinə, adətlərinə, dininə, məsləkinə həmişə sadiq qalacaqdır.
Allah bu ağır günlərdə xalqımıza səbr versin. Allah doğma Azərbaycanımızı xoşbəxt etsin."
Heydər Əliyev. 20 iyun, 1994-cü il.
(QuranEvi)
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Zehra
05.01.2012 19:11

boqazdan yuxari sozleri ekser ziyalilar deyir islam olkesiyik deyirler bu sozun nece menasi var goresen hicab islama aid deyil asura islama aid deyil kime ne serf eliyir onu deyir dilinizle dediyinizi qebul edin hec olmasa allahi tanimirsiz ona gorede ondan cekinmirsiz dediklerini saymirsiz cehenneme geden ozune yoldas axdarar deyibler ozunuz dinden cixmisiz bizide mecbur edirsiz
Bakili
06.12.2011 18:52

soldan birinci sexs muemmali veziyyetde olan Fatimeyi-Zehra(s.e) mescidinin axundudu
Huseyn
05.12.2011 19:16
Her Gun Asura Her Yer Kerbela
allah dinimizin dusmenlerine lehnet elesin
Shelale
05.12.2011 17:59

Daha dogrusu ne bash verdi... Biz islam devletiyik ve bunu neinki qeyd etmeli hek unutmamaliyiq...
Shelale
05.12.2011 15:46

17 ilde chox shey deyishdi ki indi Ashura gununu qeyd etmeye qoymurlar...???
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768