اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Hicab məhbuslarının məhkəməsi keçirilib

Yayım Tarixi: 20.02.2012 13:20
İslam
Yazı ölçüsü: büyüt küçült         

haber
Bakı Apellyasiya Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə məhkum olunmuş Məmməd Əsgərov və Zaur İsgəndərovun şikayəti üzrə proses keçirilib

Vəkil Anar Qasımlının “açıqlamasına görə, eyni iş üzrə Nərimanov Rayon Məhkəməsinin hökmləri Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulova təqdim olunub: “Həmin hökmlərdə göstərilir ki, eyni maddə ilə ittiham olunan aksiya iştirakçıları 1 il və 1 il 6 ay həbs cəzası alıblar. Amma Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Zaur İsgəndərova 3 il iş kəsib”.
Proses fevralın 27-də davam edəcək

2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Zaur İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.

“Hicaba azadlıq” aksiyası ötən il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər məhkum olunub. \ Media forum\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768