اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Hicab məsələsi Atamın ölümüylə həll olacaqsa, ölümünə razıyam"

Yayım Tarixi: 21.12.2011 10:02
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
"Onsuzda Allah yolunda şəhid olanlar ölü deyillər!”

Bismillahirrəhmanirrəhim

“Hicab məsələsi Atamın ölümüylə həll olacaqsa, ölümünə razıyam. Onsuz da Allah yolunda şəhid olanlar ölü deyillər!” Bu sözləri Hicab məhbusu olan, Hacı Abgül Süleymanovun oğlu, Muhəmməd Cavad Süleymanov deyir. Onun hələ 6 yaşı var, amma atasının ona verdiyi tərbiyə, onu vaxtından əvvəl, sözün əsl mənasında “Kişi”-ləşdirib.O, atasının "Hicab Məhbusu" olmağıyla fəxr edir və özünündə dediyi kimi bu barədə heç bir narahatçılığı yoxdur. Onun yaxını olaraq mən onu bu mövzuya görə ağladığı ya narahat olduğunu görməmişəm. Əksinə onun halı və sözləri məni çox təəccübləndirir və fikir etməyə vadar edir.

O, deyir: “Hərdən atam yadıma düşəndə ağlamaq istəyirəm, lakin atamın sözünü xatırlayıb bunu etmirəm. O, mənə belə demişdi: “Mən bilirəm ki, Bakıya getsəm məni həbs edəcəklər. Oğlum! əgər məni tutsalar qorxub ağlamayasan. Çünki tutulsam Allah yolunda tutulacam.”Bu sözlər bu balaca vücuddan necə çıxır? Məlum olur ki, ona bu sözləri öyrədənin qəlbi, Allah eşqiylə alışır.Atası həmişə ona məxsusi vaxtlar ayırıb, onunla söhbət edirdi. Onun İrana gəlib, “Quran Hafizi” olmasını da atası istəyib. Bu ruhiyə ilə böyüyən uşaq, gələcəkdə ən azı atasının tutduğu yolu gedib zalımların zülmünün qarşısında əyilməyəcək.O, “Atan yanında olsun, amma bacılarımızın Hicabı açılsın? Ya atan dünyadan getsin, amma Hicab problemi həll olsun?” sualına belə cavab verdi: “Atam ölsə də olar, əsas Hicab problemi həll olsun. Onsuzda ölsə də şəhiddir və şəhidlər ölü deyillər ki!”

Ölümü son deyil, başlanğıc bilən bu uşağın gələcəkdə Allah üçün nələr edəcəyi doğrudan da ağıla sığmazdır. Axı O, Allahı öz məşuqu və ölümü Allahla görüş hesab edir.Yəqin ki, bu ata və oğul, Allahın Qurani-Kərimin Bələd surəsi 3-cü ayəsində, ata və oğula olan andına şamil olubdurlar “Və and olsun ataya və onun dünyaya gətirdiyi övlada”

Bu cür qəlbi mənəviyyatla dolu uşağın, sonda atası üçün etdiyi duaya hamımız fikir verək: “Atamın ən çox sevdiyi duanı edəcəm: Allahım! Atamı aqibət xeyr olanlardan elə, və ona şəhadət qismət elə...”Amin Muhəmməd Cavad! Allah atanı və digər "Hicab məhbuslarının" aqibətini xeyir etsin və onlara şəhadət şərbətindən dadmaya kömək olsun.

Vəssəlamu ələykum və əla ibadillahis salihin!

Xeber44
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

2 » 
Emin
28.12.2011 01:33
Ve And Olsun ....
Və and olsun ataya və ogula ayəsi İmam Huseyn aleyhissalama və oğlu Əli Əsğər aleyhiselama aiddir çayələr neter geldi tefsir vermiyin xais edirem
Zehra
25.12.2011 00:01
Bismillahir-rahmanir-rahim
Allah Haci Abgül qardawimizi ve bütün hicab mehbuslarini axiretde Peygember ve onun pak ehli-beytinin wefaetinden binasib etmesin Amin.Allah Muhammed Cavad balamizida axiretde Imam Hüseyn(e) awiqi qerar versin.Allah zalimlere LENET ELESIN.ALLAH ONLARI ELE BIR BELAYA DÜCAR ELESINKI,BAWDARI DÜNYA IWLERINE ELE QARIWSINKI,HICABLILARA EZIYET ETMEYE VAXT TAPMASINLAR.INWEALLAH
Vusale
23.12.2011 22:28
Inna Lillah Ve Inan Ileyhi Raciun
Iznada Rebbehu enni messeniyeszur ve huver Erhemur Rahimin- Ilahi mene cetinlik uz verib ve Sen de Rehimlilerin Rehimlisisen
Zehra
22.12.2011 17:50

hicabi her zaman qoruyan qardaslarim qeyretinize qurban olum allah bu zulmu yerde qoymaz insaallah allah qapinizi acsin bu dunyadada sizi tanimasalar allah axiretde sizi meshur edecek
Rovsan
22.12.2011 12:24
Hicaba Va Hicab Mahbuslarina Dastk Olmaq
Bali haci Abgul va onun kimi insanlarin mahz ela bunun kimi övladlari olmalidir.Bizlarin qorxub deya bilmadiyimiz,dila gatira bilmadiyimiz sözlari bu körpa uwaq deyirsa.Demak Azerbaycan tezlikla bu cur qeyratli balalarin sayasinda nicat tapib gözal guna catacaq.Amin inwaallah.
Hicabli Xanim Arzu
21.12.2011 22:32
Ali2007
Bismillahir Rahmanir Rahim ey manim urayimin gulu qawang bala Allah bu zalimlara lanat etsin sanin agilli canina canim fada olsun, dogurdanda sanin bela gozal tarbiyya olunmagin bunu subut edir ki,Peyganbarin s,a v, v.ahli beytindan ayri duwmak halak olmaq demakdir.bu zalim qovm Abu Sufyan,Maviyya,Yezid va Ibin Ziyad taraftarlari kimidir.Harada bir imam Huseyn awiqi gorsalar bawini kasmaya hazirdirlar biz bu zalim qovmun zulmundan Allaha Peyganbara va Peyganbarin pak Ahli Beytina panah apaririq.
Fariz
21.12.2011 21:39
İnna Lillah Ve İnna İleyhi Raciun
allah zalim qovme lenet etsin...... allah bu namus uste heps olunan qardawimizin yolunu aciq etsin . heqiqeten bu millete bele atalar lazimdir ki, bu cur evladlar yetiwdirsin
2 » 
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768