Qatif şəhərində Səud sülalısinə qarşı etiraz mitinqində on minlərlə insan iştirak edib
İslamazeri.az İnternet Qəzetinin "voice of bahrain"-ə istinadən verdiyi xəbərə görə, Hicaz vilayətində onminlərlə insan ölkədə hakim monarxiyaya qarşı "Səud xanədanına ölüm" şüarları səsləndirilib.
Etiraz nümayişləri iki gənc fəalın hakim rejim qüvvələri tərəfindən şəhid edilməsindən sonra başlayıb.
Şəhidlərin cənazə mərasimi üçün hazırlıq görən Qatif əhalisi etiraz nümayişində Səud rejiminin cinayətlərini qınayan şüarlar səsləndirib.
Mitinqdə ilk dəfə olaraq hakim diktaturaya qarşı "Səud xanədanına ölüm" şüarı səsləndirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının xüsusi təyinatlılarının ötən gün Əvamiya və Qatif şəhərlərində təşkil edilən dinc etiraz nümayişləri zamanı xalqın üzərinə atəş açması nəticəsində iki gənc qətlə yetirilmiş, çox sayda yaralanan olmuşdu.
Qətlə yetirilmiş gənclərin cənazə mərasimlərinə toplaşanlar həmçinin atəş əmri verən daxili işlər naziri Naif bin Əbdüləziz əl Səuda ölüm şüarları səsləndiriblər..
islamazeri.az