Hindistanın “Essar Oil” neft şirkəti İrandan neft idxalını davam etdirəcəyini və bu ölkə ilə yeni müqavilə bağlayacağını açıqlayıb
Bu barədə şirkətin icraçı direktoru L.K.Gupta məlumat verib.Onun sözlərinə görə, 2013-cü il aprelin 1-dən etibarən İrandan gündə 100 min barel xam neft satın alınacaq və həmin neft Qucarat əyalətindəki neftayırma zavodlarında istifadə ediləcək.Qeyd edək ki, “Essar Oil” İran neftinin ən böyük alıcılarından biridir. Hindistan isə cari ilin yanvar ayında İrandan təxminən 2.2 milyon ton neft idxal edib. Ötən ilin bütün aylarında İrandan orta hesabla neft idxalı 1.4 milyon ton olub.
islamazeri.az