اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Jurnalistlərə qarşı yönələn son təzyiqlər nədən xəbər verir?

Yayım Tarixi: 12.09.2011 12:55
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
Artıq son dövrlər jurnalistlərə qarşı açıq təzyiqlərin ardı-arası kəsilmir.

Avqust ayında “islamazeri.az” saytının baş redaktoru Ramin Bayramov həbs edildikdən sonra “Xural” qəzetinin əməkdaşı sutkalıq həbsə göndərildi.
Bundan əlavə yaxın günlərdə jurnalist İdrak Abbasova qarşı atılan addımı və digər jurnalistlərə edilən anonim zəngləri sadalamaq olar. Görəsən, jurnalistlərə qarşı yönələn təzyiqlər nədən xəbər verir?
Məsələyə münasibət bildirən hərbi jurnalist Üzeyir Cəfərov qeyd etdi ki, Azərbaycan hakimiyyəti jurnalistləri sevmir.

“Ümumiyyətlə, onu qeyd etmək istərdim ki, Azərbaycan hakimiyyəti jurnalistləri sevmir, təkcə ona xidmət edən, sözünə baxan jurnalistlərə şərait yaradır. Cəsarətli, həqiqəti yazan jurnalistlərə ya təzyiqlər edir, yaxud da onu vətəndən didərgin salır. Bu da bəzi dayaz düşüncəli məmurların öz məsuliyyətlərini tam dərk etməməsindən irəli gəlir. Onları yalnız şəxsi maraqları düşündürür. Onun üçün də bundan əvvəllər baş vermiş, indi və sonra baş verəcək hadisələr ümumiyyətlə onları düşündürmür. Necə ki, Azərbaycanın savadsız hakimlərinin qanunsuz hökmlərini Avropa məhkəmələri dəfələrlə ifşa edib. Bununla belə, ali məhkəmənin sədri utanmadan durub qanun-qaydadan danışıb. Bir dəfə də olsun günahsız həbs edilən insanlardan durub üzr istəməyib. Mən Gündəlik Azərbaycan qəzetində çalışanda mənə qarşı 2007-ci ilin aprel ayının 20-də həyata keçirilmiş sui-qəsddən sonra iş araşdırılmaq əvəzinə tamam başqa yerə yönləndirildi. O iş indi avropa məhkəməsindədir. İnşallah mənə minnətçi düşəcəklər ki, gəl barışaq. Mən demişəm, yenə də deyirəm bu gün mühafizəçilər altında gəzən məmumların bir çoxu bir vaxt konvoy nəzarətində gəzəcəklər. İnanın ki, bunun gec-tezi var.”

Digər müsahibimiz peşəkar jurnalist Mirzə Xəzər qeyd edir ki, bu yeni problem deyil. “Azərbaycanda jurnalistlərin təqib edilməsi, döyülməsi, həbsə atılması yeni problem deyil. 1991-1993-cü illərdə junalistlərin təqib edilməsi halları olmuşdursa da, 1993-cü ildə bu rejim hakimiyyətə gələndən sonra, yəni 18 idir daha kəskin şəkil almışdır. Elmar Hüseynovun qətli də bu hakimiyyətin dövründə baş vermişdir. Nə qədər ki, mətbuat var, nə qədər ki, vicdanını satmayıb, müstəqilliyini hifz etmək istəyən jurnalistlər var, təqiblər, həbslər davam edəcək. Avtoritar rejim müstəqil sözə, müstəqil mətbuata dözmür və dözməyəcək.”/Birlik.az/
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768