اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Keçmiş deputat həbs olundu

Yayım Tarixi: 20.02.2012 18:14
Region
Yazı ölçüsü: büyüt küçült         

haber
Gürcüstanda polis keçmiş parlament üzvünü dörd il əvvəl ölkədə çevriliş cəhdi göstərmək ittihamı ilə həbs edib

İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verib. Siyasətçi Valeri Gelbaxiani hökuməti güclə devirmək planında iştirakda ittiham olunur. İddialara görə, təhlükəsizlik rəsmiləri onu 2008-ci il prezident seçkilərindən sonra kütləvi nümayişlərin təşkili barədə müzakirələr apararkən gizli videoya çəkib. O ölkədən qaçmağa çalışıb, amma Gürcüstan-Ermənistan sərhəddini keçərkən tutulub - polisin bəyanatında belə deyilir. Gelbaxiani müxalifətçi milyarder Badri Patarkatsişvilinin müttəfiqi idi. Patarkatsişvili Gürcüstanın ən varlı adamı və 2007-ci ildə müxalifət hərəkatının liderlərindən idi. Patarkasişvili 2009-cu il prezident seçkilərində hazırkı lider Mixail Saakaşvili ilə yarışa girdi, ancaq səslərin 7 faizini toplaya bildi və bir ay sonra Britaniyada ürək iflicindən öldü. Patarkatsişvilinin digər keçmiş müttəfiqi və müxalif Xristian-Demokratik partiyasının hazırkı lideri Girogi Tarqamadze iddia edib ki, Gelbaxianiyə qarşı iddialar siyasi motivlidir və heç bir hüquqi əsası yoxdur. O, Prezident Saakaşvili və onun partiyasını "dörd il davamlı olaraq" Gelbaxianini izləməkdə olduğunu deyib.  
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768