اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Klinton Qarabağdan danışdı

Yayım Tarixi: 18.02.2012 12:25
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Hillari Klinton: “Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk Qrupundan olan tərəfdaşları ilə birgə çalışır”

“Birləşmiş Ştatlar gələn il də Qafqazda sülh, sabitlik, demokratiya, insan haqları və inkişafı dəstəkləyəcək”. 
Bu bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton “FY 2013 Beynəlxalq Münasibətlər və Konqresin Büdcə Təsdiqləmələri” iclasında çıxış edib. “Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk Qrupundan olan tərəfdaşları ilə birgə çalışır”, - deyə dövlət katibi əlavə edib. 


Digər regional münaqişələr barədə danışan xanım Klinton Gürcüstan ərazisində mövcud olan Abxaziya və Cənubi Osetiya münaqişələrinə də toxunub: “Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiya münaqişələri ilə üz-üzədir. Bu münaqişələrə, həmçinin Rusiya ilə 2008-ci ilin avqustunda baş verən hadisələri də şamil etmək olar. Bununla belə gündəlikdə olan ambisiyalı siyasi və iqtisadi islahatlar davam etdirilir. ABŞ-ın məqsədi suveren, bütöv, demokratik və inkişaf edən Gürcüstanı güclü tərəfdaş və regionda demokratik dəyişiklik, islahatların potensial modeli kimi təhlükəsizlik və siyasi məsələlərində dəstəkləməkdir”. 


ABŞ xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə Birləşmiş Ştatlar Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır. 

O qeyd edib ki, Avropada Silahlara Nəzarət Qurumu Avropada sabitlik və təhlükəsizliyi möhkəmləndirmək üçün silahlara nəzarət sisteminin yeniləşdirilməsində ön sırada olub: “Bununla belə Rusiya ilə həll edilməmiş fikir ayrılıqları, eləcə də Avropadakı “dondurulmuş münaqişələr” NATO alyansının yeni çərçivədə Avropada silahlara nəzarət istiqamətində danışıqlara başlamasına mane olub”. 


Sözü gedən münaqişələrə nümunə kimi isə dövlət katibi Azərbaycanda Dağlıq Qarabağ, Moldovoda Dnestryani, Gürcüstanda isə Cənubi Osetiya və Abxaziya münaqişələrini göstərib. 

Dövlət katibi 2013-cü ildə Obama administrasiyasının əvvəlki illə müqayisədə humanitar yardımların miqdarını 300 milyon dollar azaldacağını bəyan edib: “Biz Avropa, Avrasiya və Mərkəzi Asiyada bütün yardımları 2013-cü ildə 18 faiz azaltmağı planlaşdırırıq”.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

S=n
18.02.2012 14:19
Hamı Deyir Düzələcək
Deyirəm buda deyir düzələcək! Amma bir şey maraqlıdı. Bu millət görəsən öz əlləriylə atıb gəldiyi torpağın acı və şirinliyini bugünki gün hiss edə bilirmi? Niyə axı boynumuza almırıq ki Allahdan uzaq olduq,iamanımız olamdı,hətta Allahı belə söyən insanlar oldu bəzi işğal olan yerlərdə.Nəticədə Allahda bu bəlanı bizə göndərdiki qoy sizin işinizi belə Allahsızlar illər boyu uzadsın.Şükr edək ki yerin altına getməmişik.Nəqədər Allah,Onun Rəsulu və Əhli-beytdən uzaqıq,bu məsələ düzələn deyil.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768