اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Kriminal xəbərlər

Yayım Tarixi: 21.02.2012 12:54
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb

İslamazeri.az həmin xəbərləri təqdim edir: 

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Fazil Səlimov fevralın 20-də yaxalanıb.

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rafiz Rüstəmovdan 450 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, R.Rüstəmov ötən il dekabrın 13-də B.Sərdarov küçəsində yaşayan ABŞ vətəndaşı MacKenze Patrisanın mənzilinə aldatma yolu ilə daxil olaraq oaradan 50 manat və şəxsi sənədlər oğurlayıb. 

Xətai RPİ 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Oruc Xəlilov fevralın 20-də yaxalanıb.  
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768