Türkiyənin məhşur “Kurtlar vadisi”ndə oynayacaq bir neçə aktyor Azərbaycana gələcək.
Səfərin məqsədi İctimai (İTV) televiziyanın ekranlaşdıracağı “Qaranlıq çiçəyi” serialında çəkilməkdir.Filmin ictimai əlaqələr üzrə koordinatoru Uğur Aydının SalamNews-a verdiyi məlumata görə, 30 seriyadan ibarət olacaq filmə Türkiyənin tanınmış aktyorları – Bülent Şakrak, Betüm Kütük, Hüseyn Azmi Danyal, Mustafa Üstündağ, Osman Albayrak və digərləri dəvət alıblar. Bu sənət adamlarının əksəriyyəti məhz “Kurtlar vadisi” serialından tamaşaçılara tanışdır.
islamazeri.az