اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Latviya seçiciləri rus dilinə “yox” dedi

Yayım Tarixi: 19.02.2012 10:24
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
470 min seçici “əleyhinə” 138 min isə “lehinə” səs verib

Latviyada rus dilinin yeni statusuna dair keçirilən referendumda 1035 seçki məntəqəsinin 770-də rus dilinə ikinci dövlət dili statusu verilməsinə qarşı səs verilib. İslamazeri.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 470 min seçici “əleyhinə” 138 min isə “lehinə” səs verib.

Xatırladaq ki, rus dilinə ikinci dövlət dili statusunun verilməsini nəzərdə tutan qanun layihəsi Latviyadakı “Rus dili” cəmiyyəti tərəfindən hazırlanıb. Bu məsələni referenduma çıxarmaq üçün təşəbbüs qrupu 180 min imza yığmağa müvəffəq olub.
Referendumda Latviya prezidenti Andris Berzinış qanun layihəsinin əleyhinə səs verib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768