اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Latviyada rus dilinin statusuna dair referendum keçirilir

Yayım Tarixi: 18.02.2012 12:27
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Ölkə daxilində 950, xaricdə isə 85 seçki məntəqəsi açılıb

Yaşı 18-dən yuxarı Latviya vətəndaşları rus dilinə ikinci dövlət dili statusu verilməsi məsələsinə münasibətlərini bildirəcəklər. Müvafiq qanun layihəsi “Rus dili” cəmiyyəti tərəfindən hazırlanıb. Təşəbbüs qrupu 180 min imza yığmağa müvəffəq olub. Ölkə Konstitusiyasının 4 maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan layihəyə Riqa meri Nil Uşakov da imza atıb.  

Latviya prezidenti Andris Berzinış, baş nazir Valdis Dombrovskis və parlamentin spikeri Solvita Aboltinya vətəndaşları dil qanunvericiliyinin dəyişdirilməsinin əleyhinə səs verməyə çağırıblar. Rus dilinə ikinci dövlət dili statusu verilməsi üçün seçicilərin ən azı yarısının lehinə səs verməsi lazımdır. Nə qədər seçicinin iştirak etməsindən asılı olmayaraq, referendum baş tutmuş sayılacaq. İlkin nəticələr isə fevralın 19-na keçən gecə açıqlanacaq.\ans\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768