اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Liviyalılar belə bayram etdilər (Video)

Yayım Tarixi: 18.02.2012 14:49
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Avstriyadakı Liviya səfiri isə Qəddafi əleyhdarlarının hücumuna məruz qalıb

Liviyada keçmiş lider, ölkəni 42 il idarə etmiş Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən inqilabın başlanması qeyd edilib. Əsas bayram şənlikləri Benqazi, Misrata və Tripoli şəhərlərində keçirilib. Bu şəhərlərin sakinləri səhər saatlarından başlayaraq, musiqi sədaları altında küçələrdə rəqs edib, Liviya bayrağı qaldırıblar. Axşam saatlarında isə liviyalılar "Yaşasın azad Liviya" kimi şüarlarla meydanlara axışıblar. Ölkənin yeni hökumətinə ilk təbrikləri göndərənlər elə Qəddafi qüvvələrinə aviazərbələr endirən təyyarələrin məxsus olduğu koalisiya ölkələrinin liderləri olub.

Avstriyadakı Liviya səfiri Əhməd Menesi paytaxt Vyanada Liviya inqilabının başlanmasının birinci ildönümü münasibətilə nahar verərkən hücuma məruz qalıb. Səfirə Qəddafi əleyhdarlarının hücum etdiyi bildirilir. Əhməd Menesi Qəddafi rejimini dəstəkləməkdə ittiham edilib. 



islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768