اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Möcüzə həyat

Yayım Tarixi: 24.01.2012 16:40
Maraqlı
Yazı ölçüsü: büyüt küçült         

haber
Başağrısından şikayətlənən adam, həkimə gedəndən sonra başında 9 santimetr uzunluğunda mismar olduğundan xəbər tutub

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ABŞ-ın İllinois ştatının Oak Lawn şəhərində yaşayan Dante Autullo başına batan mismardan iki gün sonra xəbər tutub.
Beynin iki yarımkürəciyi arasındakı kiçik boşluğa keçən, lakin zədələməyən 9 sm-lik mismar müvəffəqiyyətli bir əməliyyatla çıxarılıb. Başağrısı ilə həkimə müraciət edən Dante Autullo, rentgen çəkildikdən sonra başındakı mismarı görərək şok olub.
Autullonun nişanlısı Gail Glaenzer "Yaşaması bir möcüzədir. Müvəffəqiyyətli bir əməliyyat keçirdi və mismarın yerinə platin taxıldı" deyərək sevincini dilə gətirib.
Dante Autullo başındakı mismarın rentgen şəklini Facebook sosial şəbəkəsindəki öz səhifəsində paylaşıb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768