Ramin Bayramov
İsti havalardır. Yazı yazmaq elə də asan deyil. Lakin buna baxmayaraq Allahdan təsirli və yaxşı yazı yazmaq üçün mənə yardım etməsini istədim. Türkiyə səfərimdən sonra bu haqda yazı yazmaq istəyirdim. Hey istəyirdim ki, yazıya başlayım, lakin yeni bir iş çıxır və yazı yazmağıma mane olurdu. Nə isə.
Keçək yazmaq istədiyim əsas məsələyə. Türkiyə səfərimdə maraqlı görüşlər keçirdim. Görüşlərin birində bir nəfər mənə “Ergenekon”un hazırladığı din adamları və ruhanilər haqda məlumat verdi. O şəxs həyatında belə insanlarla görüşdüyünü və hazırda bu insanların həbsdə olduğunu mənə bildirdi. Görüşdüyüm şəxs bu barədə maraqlı mətləblərə toxundu. Bu şəxsin dediklərinin xülasəsini diqqətinizə çatdırıram: “Ərdoğanın hakimiyyətə gəlməsindən bir neçə il əvvəl hərbidə xüsusi təyinatlı zabitlərdən biri (o şəxsi qonşuluğumdan tanıyırdım) İstanbulda mənimlə məscidlərin birində rastlaşdı. Uzun saqqal və cübbəsi var idi. Quranı mükəmməl bilir, hansısa camaata(icmaya) aid olduğunu göstərirdi. Məscidin içinə girməz, ayaqqabılar qoyulan yerdə namazını qılıb çıxardı. Bu, cavanlar arasında diqqət çəksə də, o heç kəslə görüşmür özünü təqvalı kimi göstərirdi. Mən isə onun vaxtilə komando olduğunu və çox mahir hərbçi olmasını yaxşı bilirdim. Bir dəfə cümə namazından çıxanda onunla salamlaşdım. O salamımı aldı və yoluna davam etdi. Yaxınlaşıb sualım olduğunu ona bildirəndə, axşam bir məclisə dəvət edərək orada suallara cavab verəcəyini mənə bildirdi. Axşam məclisdə görüşdük. 20-30 nəfərlik məclis idi. Məndən haradan gəldiyimi soruşduqda, mən ona kəndimizin adını dedim. O bunu gözləyirmiş kimi mənimlə qol-boyun olaraq onun da həmin kənddən olduğunu bildirdi. Beləcə onun mənə qarşı şübhələri azaldı. Dostlaşmağa başladıq. Uzun müddət mənə dini təlimləri keçirdi. Artıq çox sayda tələbəsi var idi. Ölkənin də olmasa, İstanbulun tanınmış hocalarından sayılırdı. Nəhayət bir gün əsəbi halda problemlərimdən söz açdım, hətta küfr belə etdim. Bu şəxs məni dinləyir, mane olmurdu. Nəhayət səssizliyini pozdu və dedi: “Vətən üçün nə etmisən?” – dedim “hərbi xidmət”. Dedi: “bu sənin borcun idi”. Dedim: “nə edə bilərəm”. Dedi: “vətən xaini əslində İslam xainidir. Bunun üçün bizə dəstə lazımdır. Sənə maaş ayrılacaq və sənə əmr edilənləri icra edəcəksən. Ancaq bunun üçün sənə təlim keçəcəklər".
Bir müddət sonra bahalı kostyum geymiş, dövlət məmuru görüntüsündə olan bir şəxslə tanış oldum. Mənə hansı hərəkətləri edib-etməməyi başa salırdı. İndi başa düşürəm ki, o mənə riyakar olmağı və özümü dindarlara ixlaslı bir din adamı kimi göstərməyi tapşırırmış. Bir müddət sonra bu şəxs mənə o zamandakı iqtidara qarşı sərt danışanlar haqqında dosyelər təqdim etdi. Orada onların barəsində çoxlu şeylər yazılmışdı. Mənə tapşırdı ki, bu yazılanları öz məclislərində danışım. Hətta o komando olan hoca da bu şəxslər barəsində dolayısı yollarla fikirlər deyir, onların səhv olmasını bildirirdi. Görüşlər uzun sürdüyünə görə bəzən ibadətlərə düzgün riayyət edilmir, hətta arada sübh namazını göz görə-görə qılmırdıq. Mən yavaş-yavaş dindarlıqdan çıxır, agent rolunu icra edirdim. Ancaq bu işlərin hara getdiyini belə düşünməkdən qafil idim. İslami dəyərləri tapdalayan məmurlar bir tərəfdə qalır, onlarla mübarizə edən bütün dindar və ruhaniləri sərt dillə tənqid edirdik. Mən bunun dini vəzifə olduğuna inanırdım. Hətta arada hocamızın iqtidarı tənqid etdiyini görürdüm. Bu məsələni başa düşmürdüm. Lakin nəhayət həqiqətlər açıldı. Bildim ki, hoca bu cür çıxış etməklə özünə mürid qazanırmış. Bir toplantıya gəlməli idim. Üç saat tez gəlib otağa daxil olanda, o biri otaqda mənim “dostlarımın” rakı (spirtli içki) içdiklərinin şahidi oldum. Mən anladım ki, bunlar hamısı bir oyundur. Onlara bildirmədən oranı tərk etdim. Evimi satıb, ünvanımı dəyişdim. Hiss elədim ki, bu şəxslər mənim yerimi arayıb tapıblar. Məcbur olub Avropaya üz tutdum. Üç il əvvəl Türkiyəyə gəlmişəm. Komando "hoca"nın həbs edildiyini eşitdim. Onun açıqlamaları ilə yəqin ki, çoxları tanışdır. Onun necə dini libas geydiyini və İslamçılara qarşı hansı addımlar atdığını mediadan tapmaq olar”.
Bəli gördüyünüz kimi, İslam həmişə ona zidd olanlara qarşı böyük maneə olmuşdur. Hətta Qərb ölkələrinin öz maraqlarını İslamçıların əli ilə həyata keçirməsini də az eşitməmişik. Hətta bu yaxınlarda bir dostum maraqlı bir fakt danışdı. Onun sözlərinə görə, Amerikadan gələn bir qrup onunla görüşüb. Onlar bu dostuma təşkilatı üçün maliyyə yardımı ayırdığını bildiriblər.
Adını çəkmək istəmədiyim dostum onlara bu pul müqabilində hansı şərtlərin tələb olunduğunu soruşduqda onlar maraqlı şərtlər irəli sürüblər:
1. ABŞ əleyhinə fəaliyyət göstərməyəcəksən.2. “Loyal” və liberal düşüncəli dindarları bir araya gətirməli və onlar üçün şərait yaratmalısan.3. Ölkədə fəaliyyət göstərən radikal dindarların səhv yolda olduqlarını üzə çıxarıb yumşaq şəkildə tənqid edəcəksən.4. ABŞ əleyhinə fəaliyyət göstərən təşkilatlar əleyhinə üzdə deyil, altdan fəaliyyət göstərəcəksən.5. Və s.Gördüyünüz kimi ABŞ-ın Azərbaycanda böyük maraqları var. Özü də radikal kimi təqdim etdiyi dindarlar onların əsas hədəfindədir. Məzhəb deyil, məhz radikallıq. Radikallıq ABŞ-ın nəzərində nədir? Ümumiyyətlə ABŞ kimi radikal sayır?
ABŞ adətən dininə həyatında əməl edənlərə radikal adı qoyur. İslam əleyhinə olanlara qarşı sərt olanlar amerikalıların nəzərində radikaldırlar. Şəhadətsevərlik və İslamın müdafiəsi üçün ölümə hazır olanlar da məhz ABŞ üçün radikal sayılırlar. Diqqət edin, hətta bizim dövlət məmurlarının “Qarabağı azad edəcəyik” sözləri də bəzən ABŞ rəsmilərini narahat edir və bunu radikallıq kimi dəyərləndirirlər. Onlar hər iki tərəfi sakitçiliyə riayyət etməyə çağırırlar. ABŞ çox gözəl bilir ki, onun dünyada qurduğu “İslam” əsl İslam deyil. Və bu qondarma “İslam”ın heç bir müsəlmana nə xeyri, nə də ki, düşmənlərinə ziyanı olacaqdır.
Gəlin ABŞ-ın hazırladığı layihəyə bir daha diqqətlə baxaq. Bir neçə il əvvəl hazırlanan Yaxın Şərq projesində nələr var idi?
Əvvəl dünyəviliyi və liberalizmi üstün tutan müsəlmanları dəstəkləmək. Bunun üçün bu cür insanların arasından liderlər, modellər və qruplar meydana gətirmək amerikan projesinin hədəflərindən biri idi. Onların əsərlərini nəşr etdirmək və yayılmasına yardım göstərmək və kütlələrə xitab etmələrini təmin etmək. Dünyəvi-mədəni təşkilatları gücləndirmək də projenin birinci bəndində yer alırdı.
Radikallara qarşı olmaq da bu layihədə yerini tapmışdı. Orada bu cür təşkilatların qeyri-qanuni təşkilat kimi göstərilməsini və ölkədə təhlükəli bilinən xarici ölkələrlə əməkdaşlıqlarının olmasını üzə çıxarmaq və ya qondarmaq tapşırılırdı. ABŞ-ın terrorçu kimi tanıdığı təşkilatların qəhrəman göstərilməsinə maneə olmaq və ya İslami camiədə bu barədə səssizliyi təmin etmək də layihənin əsas şərtlərindən biri idi. Bu haqda bu qədər.
Ancaq Ayətullah Seyyid Əli Xameneinin bir cümləsini diqqətinizə çatdırmadan yazımı tamamlamaq istəmirəm. 2010-cu il 4 iyunda xütbə edərkən Ayətullah Xamenei bu cümlələri demişdi:
“Amerikasayağı “islam” formal xarakter daşıyan, zülm və acgözlüyə qarşı heç bir reaksiya verməyən, hegemonluq iddiasında olanları asanlıqla qəbul edib onlara yardım edən islamdır”.
Hər halda son sözümdən sonra ABŞ-ın dostuma və ya onun təşkilatına ayırdığı pulun miqdarını bilmək istəyərdiniz yəqin. Yuxarıdakılara əməl etmək üçün adını çəkmək istəmədiyim dostumuza amerikalılar nə az, nə çox düz 100 min dollar təklif ediblərmiş. Beləliklə əsl islamçılar ayıq olmalı və ABŞ-ın müəmmalı “100 min”ləri qarşısında dağ kimi durmalıdırlar. Biz bu cür layihə tökən və bilərəkdən icraçılıq edənlərdən haqlarımızı almağı bacarmalıyıq.
Necə ki, İmam Xomeyni müsəlmanların haqlarının necə alınmasına işarə edərək deyir:
“Müsəlmanlar haqlarını kafirlərdən lütf olaraq deyil, öz gücləriylə almalıdırlar. Bunun üçün mübarizə edin. Amerika və İsrail İslamın və müsəlmanların əsas düşmənidirlər”.
|
|
|
|
|
|
ŞƏRHLƏR |
|
|
|
|
Hasan
28.08.2011 20:11
|
|
Allahu Akbar
Haq galdi batil mahv oldu.haqq galicek batil mahv olicek Inshallah.Allahu teala tezlikla Aqamizin zuhurunu tezlashdirsin oz Izzeti Celalina xatir |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|