اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Məşhur Hollivud rejissorunun oğlu müsəlman oldu

Yayım Tarixi: 15.02.2012 11:39
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Şon Stoun İran İslam Respublikasında İslam dinini qəbul edərək Əli adını götürüb

Hollivudun tanınmış rejissoru Oliver Stounun oğlu Şon Stoun İslam dinini qəbul edib.
“AFP”-nin məlumatına görə, sənədli film çəkmək üçün İranda olan oğul Stoun bu ölkədə müsəlman olub.
İsfahan şəhərindən telefonla məlumat verən Şon Stoun İslam dinini qəbul etməsinin xristianlığa və yəhudiliyə arxasını çevirmək olmadığını deyib.
Qeyd edək ki, 27 yaşlı Əli Şon Stounun atası yəhudi, anası isə xristiandır.
“Fars” xəbər agtentliyi isə Şon Stounun şiə məzhəbini mənimsədiyini və adını Əli olaraq dəyişdirdiyini qeyd edib.

Xatırladaq ki, oğul Stoun da atası kimi rejissordur və sənədli film çəkilişi ilə məşğul olur.

Qeyd edək ki, ötən il Şon Stounun boynunda İmam Əlinin (ƏS) qılıncı şəklində, üstünə “Ya Əli” yazılmış medalyon taxması barədə mətbuatda xəbərlər yayılmışdı. Stoun bu medalyonu uğur kimi taxdığını demişdi.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768