Dərslərin təxirə salınması şaxtalı hava şəraiti ilə bağlıdır
Şaxtalı hava şəraiti ilə bağlı Bakıdakı orta məktəblərdə dərslər təxirə salınıb.
Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə verib.
Məktəblərdə dərslər fevralın 6-na kimi dayandırılıb.
Bundan başqa təhsil nazirinin əmri ilə fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanlarıda təxirə salınıb.
İmtahanların tarixi yaxın günlərdə açıqlanacaq.
islamazeri.az