اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Mənim hicabımı kim qoruyacaq? (Məqalə)

Yayım Tarixi: 17.01.2012 15:00
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
Mən təhsil almaq istəyirəm... Amma məni məktəbə buraxmırlar.

Deyirlər ki, gərək başını açasan. Amma bunu eləyə bilmərəm. Hicab mənə nənəm Fatimənin (ə) əmanətidir. Direktor mənə “mənə xatir hicabını aç” dedi. Sızıldadı ürəyim, kədərləndi qəlbim... “Axı mən hicabı sənə görə bağlamamışam Hicab Allahın əmridir” dedim. Yenə də tikanlı sözlərlə qəlbimi yaraladı. “18 yaşından sonra bağlayarsan da... bəyəm indi sənə hicab vacibdir ki?” 35 ildir ki, tədrislə məşğul olan bir adamın bu sözlərindən sonra daha ona nə deyə bilərdim? Bu ki cahildir deyə düşündüm. Kərbəlada 3 yaşlı Rüqəyyə gəldi gözlərimin önünə. Atası, qardaşları, əmiləri şəhid edilən, biçarə Rüqəyyə... bütün bu dərdlər içərisində yenə hicab istəmişdi Rüqəyyə... Nənəsi Fatimənin (ə) əmanəti olan hicabı...  

Yenə xəyallara daldım... bir hədisi xatırladım. Hz. Fatimənin (ə) kor kişi ilə olan əhvalatını... Rəsuli-Əkrəmdən (s) nəql edilir bu rəvayət. Hz. Fatimə (ə) evlərinə gələn bir kor kişini görən kimi hicabını bağlayır. Rəsuli-Əkrəmin (s) “qızım onun ki gözləri görmür” sözlərinə “mənim gözlərim görür” deyə cavab vermişdi Fatimə (ə). Bu qədər əhəmiyyətlidir hicab mənim üçün.  

Gözlərim önünə gəldi yenə... Mənim hicabımın müdafiəsinə gələn qardaşlarım. Təhsil nazirliyinin qarşısındakı aksiya. Yerdə tapdalanan Quran, başdan açılan hicab, döyülən, söyülən Fatimə (ə) ardıcılları. Bütün bunları isə edən Azərbaycan “kişiləri”. Bir anlıq da olsa düşündüm. Rəhmətlik nənəm həmişə deyərdi ki, “bizdə kişi özünə sığışdırıb qadına əl qaldırmaz.” Bu qədər alçaldıqmı görəsən? Yoxsa öz millətinin qadınlarını vəhşicəsinə döyən Azərbaycan kişiləri deyilmidir? Yoxsa bu qədər qeyrətsizləşmişik?  

Gözlərim doldu... Ağladım... Mənim bu halımı görən direktorun deyəsən ürəyi yumşaldı... “Qızım axı bizə də belə deyirlər... vallah mənlik deyil... Mənim də ürəyim ağrıyır sənin bu halından...” Doğurdanmı ürəyi ağrıyırdı onun görəsən? Xeyir bu sadəcə dildə deyilən bir sözdür. əgər ürəyi ağrısaydı...   Evə qayıdıram... yol boyu düşünürəm... Mənim hicabımı kim müdafiə edəcək? Hicabın müdafiəsinə qalxan 28 qardaşım bu gün zindandadır. Görəsən mənim zindandakı qardaşlarımdan başqa qardaşım yoxdurmu? Axı Allah bütün möminləri bir-birinə qardaş adlandırıb...  

P.S. Bu sözləri deməklə heç kimi ittiham etmirəm. Mən öz hicabımı özüm də qoruya bilərəm. Necə ki, Xanım Zeynəb (ə) Kərbəlada bunu etdi. Amma biz həmişə görmüşük ki, qadının namusunu kişi çəkər... 

Gülşən Murad 

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Kerım
22.01.2012 18:42
Allah Mısır Eclafına Lenet Etsın
EY VARYOXSUZLAR YANINDA IMANSIZLAR YANINDA HORMETLI MISIR SEN OZUNDE BILMEDEN SENI UKLA KIMI SIONIST ITLERI IDARE EDIR SENIN QANIVA YERIYIB OLARIN EXLAQSIZ TEKLIFLERI NEQEDERKI GEC DEYIL IMANA GEL YOXSA ALLAH SEni QEBR EZABIYLA EZAB VERECEK SEN CETINKI IMANA GELESEN SEN WEYTANA VAR IVI YOXUVU HEDDIYE ETMISEN
Kamran
20.01.2012 21:54
Allah İslamin Dusmenlerine Lenet Elesin
Bismillah Allah hicabin dusmenlerine lenet etsin biz elimizden geleni elemeliyik goz gore gore Ana bacilarimizin hicabin acillar eger dillenmesey sabah mecidleri baglayacaqlar qoymuyacaqlar namaz qilaq yeri gelse oz qalimizla onlara cavab vermeliyik biz olerik hicabi terk etmerik Allah bizi bu imtahannan uz ag cixartsin insallah dilde yoo emelde gosterenlerden qerar versin Allah ozu bize komey olsun
Lenkeranli
20.01.2012 11:54
Salam
Allah sizdən razı olsun,Həzrət fatimə(ə)qalıb hicab bizə.hicabı yüngül tutanlar ne cavab verecekler axirətdə.Belə yadımda qalan: "Qadınların zinəti onların iffətli olmasındadır." Allahın Rəsulu(s)
Kerim
19.01.2012 23:00
Hıcab Muselmanların Islamıyyet Temelıdır
TUTARLI VERMEDIK KEWIW CAVABINI DEDILER ATMALIDI QADIN HICABINI YANDIRDILAR BELECE URAN KITABINI BELELERININ NEFESINI KESMIYEKMI?
Anar
18.01.2012 12:45

ALLAH bize tofiq versin INSAALLAH.and olsun ALLAHA bacinin bu sozlerinden cox utandim ve heqiqeten oz-ozume dedim:goresen ELI(e)-a ne cavab vereceyik?....
Mudjahid
18.01.2012 11:06
Mubarize
Men size bele deyerdim.Kifaetdir bu bow bow meydana chixib Hicab hicab qiwqirmaq.Butun azadliq ugrunda mubarize herakatlari qan ve heyat bahasina netice vermiwdi.Indi de meydan qan teleb edir.Kimin qanin??O keslerin ki heqiqeten Imam Huseyn mektebinin ardicilidi.Bew on nefer wehadet werbetin ichmemiw azadliq qazanilan deyil.Chunki xaiw,kagiz yazma,imza troplama ve hay kuy qaldirmaqla hech ne elde olunan deyil
Zehra
17.01.2012 18:57

qeyretli qardaslarim bir anliq bele sust olmayin siz ne qeder hicab deseniz onlar bir oqeder sizden qorxacaq haminizi hebs etmeyecekler ki onlar bizi qorxudana qeder biz onlari oz aksiyalarimizla oz suarlarimizla qorxudaq
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768