Gülşən Murad
Mən təhsil almaq istəyirəm... Amma məni məktəbə buraxmırlar. Deyirlər ki, gərək başını açasan. Amma bunu eləyə bilmərəm. Hicab mənə nənəm Fatimənin (ə) əmanətidir. Direktor mənə “mənə xatir hicabını aç” dedi. Sızıldadı ürəyim, kədərləndi qəlbim... “Axı mən hicabı sənə görə bağlamamışam Hicab Allahın əmridir” dedim. Yenə də tikanlı sözlərlə qəlbimi yaraladı. “18 yaşından sonra bağlayarsan da... bəyəm indi sənə hicab vacibdir ki?”
35 ildir ki, tədrislə məşğul olan bir adamın bu sözlərindən sonra daha ona nə deyə bilərdim? Bu ki cahildir deyə düşündüm. Kərbəlada 3 yaşlı Rüqəyyə gəldi gözlərimin önünə. Atası, qardaşları. əmiləri şəhid edilən, biçarə Rüqəyyə... bütün bu dərdlər içərisində yenə hicab istəmişdi Rüqəyyə... Nənəsi Fatimənin (ə) əmanəti olan hicabı...
Yenə xəyallara daldım... bir hədisi xatırladım. Hz. Fatimənin (ə) kor kişi ilə olan əhvalatını... Rəsuli-Əkrəmdən (s) nəql edilir bu rəvayət. Hz. Fatimə (ə) evlərinə gələn bir kor kişini görən kimi hicabını bağlayır. Rəsuli-Əkrəmin (s) “qızım onun ki gözləri görmür” sözlərinə “mənim gözlərim görür” deyə cavab vermişdi Fatimə (ə). Bu qədər əhəmiyyətlidir hicab mənim üçün. Gözlərim önünə gəldi yenə... Mənim hicabımın müdafiəsinə gələn qardaşlarım.
Təhsil nazirliyinin qarşısındakı aksiya. Yerdə tapdalanan Quran, başdan açılan hicab, döyülən, söyülən Fatimə (ə) ardıcılları. Bütün bunları isə edən Azərbaycan “kişiləri”. Bir anlıq da olsa düşündüm. Rəhmətlik nənəm həmişə deyərdi ki, “bizdə kişi özünə sığışdırıb qadına əl qaldırmaz.” Bu qədər alçaldıqmı görəsən? Yoxsa öz millətinin qadınlarını vəhşicəsinə döyən Azərbaycan kişiləri deyilmidir? Yoxsa bu qədər qeyrətsizləşmişik?
|
|
|
|
|
|
ŞƏRHLƏR |
|
|
|
|
Salman
22.03.2012 21:54
|
|
ALLAHin leneti olsun zalimlara.
HIDAYET YOLUNU GEDENLERE SALAM OLSUN |
|
|
|
|
Orxan
27.02.2012 02:32
|
|
Ehhhhhh
Haqqin qedrini Bilmeyen Xalqa nahaq Hakim olar |
|
|
|
|
Seyyidcamal
20.02.2012 00:50
|
|
Bura Azerbaycandi
baci yazdigin bu yazi meni yaman kovreltdi amma neyleyek bura Azerbaycandi ve hakimiyyet zalimlerin elindedir. |
|
|
|
|
Kerim
23.01.2012 18:51
|
|
Agıllı Olun
HICABLI XANIMLARI MEKDEBLERE BURAXIN SIZDEN TELEB EDIRIK SIZ BIZCUN ORDASIZ BIZIM XIDMETMIZDE DURUN HUQUQUMUZ POZULUB PETRUCOLARIN HUQUQUN QORUYURSUZ ABIZRLI HICABLI XANIMLARINDA HUQUQUN QORUYUN QORXMUYUN AMERKA SIZE HECNE ETMEZ |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|