Hər üç şirkət sanksiyalara baxmayaraq öz fəaliyyətini əvvəlki tək aparacaq
Norveçin “Statoil” şirkəti Avropa Birliyinin (AB) sanksiyalarına baxmayaraq, İrandan təbii qaz almaqda davam edəcək.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidmətindən xəbər verilib.
Eyni zamanda “Statoil”dan İranla yeni bir müqavilə bağlanılmayacağı, lakin əvvəlki sazişlərin qüvvədə olduğu və bu baxımdan təbii qaz almağa davam ediləcəyi bildirilib.
Bundan əlavə, İtalyanın ENİ firması da AB-nin sanksiyalarına baxmayaraq, İrandan neft idxalını davam etdirəcəyini açıqlayıb.
Şirkətdən 2000 və 2001-ci illərdə bağlanmış müqavilələrlə əlaqədar İrandan 1.5 milyard dollarlıq alacağı olduğu, ona görə də Tehrandan neft idxalının davam etdiriləcəyi vurğulanıb.
Bu səbəbdən ENİ firmasının AB sanksiyalarından kənarda qaldığı bildirilib.
Həmçinin Cənub Afrika Respublikasının (CAR) MTN firması da İrana tətbiq olunan yeni sanksiyalara qoşulmayacaq.
Şirkətdən İrana tətbiq olunmuş sanksiyanın bu ölkə ilə əməkdaşlığa təsir göstərməyəcəyi vurğulanıb.
Telekommunikasiya sektorunda fəaliyyət göstərən CAR firmasından İranla əməkdaşlığa son qoyulması üçün təzyiqlərə məruz qaldığı, ancaq hazırda Tehrandan neft idxalını dayandırıb-dayandırmayacağı barədə qərar qəbul edilmədiyi bildirilib.
islamazeri.az