اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Macarıstanda Toğrul Nərimanbəyovun rəsmlərindən ibarət təqvim nəşr olunub

Yayım Tarixi: 27.01.2012 12:45
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoramı, Azərbaycan süfrəsi və başqa milli atributlarımız yer alıb

Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlayıb.
Builki təqvim görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyova həsr olunub.
Təqvimin hər səhifəsində rəssamın tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilib, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri əksini tapıb.
Bu rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoramı, Azərbaycan süfrəsi, muğam triosu, nağıllarımız, meyvələrimiz və başqa milli atributlarımız yer alıb.

Hazırlanmış təqvim Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılara, yerli əhaliyə, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanıb.
Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.
Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixi və bu günü, adət-ənənələri, milli bayramlarımız, dövlətimizin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətində informasiya yaymaq məqsədi daşıyır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768