اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Macarıstanda ikinci islam incəsənət sərgisi açıldı

Yayım Tarixi: 23.07.2011 13:45
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Küveytin “Nurol-qələm” adlı II islam incəsənət sərgisi tir ayının 30-u Macarıstanın paytaxtı Budapeştdə açıldı və 4 gün ərzində davam edəcək.

İslamazeri.az internet qəzetinin İQNA-ya istinadən verdiyi xəbərə görə, bu sərginin açılış mərasimində Küveyt islam mədəniyyət mərkəzinin rəhbər müavini Xəlif Mosib Əl-əzine, Macarıstanın xarici işlər nazirliyinin Şimali Afrika və orta Şərq şöbəsinin rəhbəri Ğeysam Mexayil iştirak etdilər.

Bu sərgi Küveyt islam mədəniyyət mərkəzinin və bu ölkənin yerli islam müəssisələrinin təşkilatçılığı, Küveytin Budapeştdəki səfirliyinin həmkarlığı ilə keçirildi.Küveyt islam mədəniyyət mərkəzinin rəhbər müavini Xəlif Mosib Əl-Əzine Küveytin Macarıstandakı II islam incəsənət sərgisinin açılış mərasimində bu barədə dedi: bu sərgi dünya ölkələrinin islam dünyası mədəniyyət və incəsənət irsi ilə tanışlığı üçün bir yaxşı fürsətdir.Qeyd olunmalıdır ki, Küveytin Macarıstandakı II islam incəsənət sərgisi digər müsəlman ölkələrində də keçirilir. Küveyt islam mərkəzi bu sərgini Fransa, Avstraliya və bir çox Avropa ölkələrində keçirməyi nəzərdə tutur.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768