Bakalavrlar ərizələri fevralın 18-i saat 17:00-dək təsdiqlənəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə sənəd qəbulu üçün bakalavrların elektron ərizələrini təsdiqlətmə müddətini bir gün uzadıb.
Onun sözlərinə görə, bakalavrlar fevralın 8-dən başlayaraq, fevralın 17-si saat 17:00-dək "Bakalavrların elektron ərizəsi"ni dolduraraq təsdiq etdirməli idilər.
TQDK-nın yeni qərarına uyğun olaraq, bakalavrlar ərizələrini fevralın 18-i saat 17:00-dək təsdiqlədə bilərlər.
Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək.
İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.
islamazeri.az