اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Mail Yaqubun "Din fəlsəfəsi" adlı kitabı işıq üzü gördü

Yayım Tarixi: 30.07.2011 14:02
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
Burada şərq və qərb fəlsəfi dünyagörüşlərində dinin əsas məsələləri tətqiq olunmuş, bütün bəhslər beləcə paralel şəkildə aparılmışdır.

İslamazeri.az internet qəzeti bu barədə "Xəzər" universitetinin müəllimi, fəlsəfə doktoru Mail Yaqubdan müsahibə alıb.

Mail müəllim sizi kitabınızın təkrar dərc edilməsi münasibətilə təbrik edirik.
Bu kitab haqda nə deyə bilərsiniz?


- Çox sağ olun. Bu kitab 9 fəsildən ibarətdir. Burada şərq və qərb fəlsəfi dünyagörüşlərində dinin əsas məsələləri tətqiq olunmuş, bütün bəhslər beləcə paralel şəkildə aparılmışdır. Yəni hər bir mövzu daha geniş aspektdə araşdırılmış, bəzən qərb filosoflarının baxışları tənqid edilmişdir. Din fəlsəfəsi qərbdə də geniuş tətqiq olunur. Bu adla ayrıca fakultələr fəaliyyət göstərir (Philosophy of Religion). Müsəlman dünyasında da kəlam elmi İmam Sadiqin (ə) vaxtından bəri daim maraq dairəsində olub, lakin modernizm cərəyanı müsəlman dünyasına sirayət etdikdən sonra bizdə olan kəlam elmi də genişləndi, çünki mövzular çoxaldı.

Siz bu kitabı hansısa xarici dilə tərcümə etdirmək fikiriniz varmı?

- Çox gözəl sualdır. Bəli istəyərdim ki, bu kitab ilk öncə rus dilinə tərcümə edilsin. Çünki, vətənimizdə rus dilində olan oxucuların sayı az deyil. Düşünürəm ki, rus dilinə tərcümə edilsə oxucular rahat mütaliə edə biləcəklər. Sonra isə, türk dilinə tərcümə edilsə, yaxşı olardı. Bu gələcək planlarımızdır.

Digər kitablarınız da olacaqmı?

- Bu mənim ilk kitabımdır. Lakin gələcəkdə müasir fəlsəfə haqqında kitabım işıq üzü görəcək. Hələlik isə, bir kitab satışdadır.


Bu kitabları haradan əldə etmək olar?

- Bir sıra kitab evləri, kitab mağazaları, həmçinin dini dükanlarda bu kitab artıq satışdadır. Oxucular dini dükanlardan soruşub bu kitabı əldə edə bilərlər.

Qeyd edək ki, bu kitab geniş oxucu kütləsinin marağına səbəb olduğundan ikinci dəfə nəşr olunub. 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768