اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Malayziyalı astronavtın kosmosdakı möcüzəsi

Yayım Tarixi: 15.02.2012 15:00
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Malayziyalı astronavt Dr. Sheikh Muszaphar Shukor, kosmosda necə bir ibadət ediləcəyini göstərmək üçün 9-cu müsəlman astronavt olaraq kosmosa gedib

İslamazeri.az-ın Türkiyənin Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Dr. Sheikh Muszaphar Shukor  agentliyə müsahibə verib. Kosmosda hər kəsin bir möcüzəni hiss edəcəyini ifadə edən Shukor, ''Mən orada azan səsini eşitdim. Kosmos Stansiyasının içərisində gerçək olaraq bu azan səsini eşitdim. Digər astronavtların azan haqqında məlumatları yox idi, amma mən şəxsən fiziki olaraq o səsi eşitdim. Kosmosdaykən buna o qədər də çaşmırsınız. Çünki kosmosda olduğunuz müddətin hər anında Allahın varlığını və gücünü oradan hiss edirsiniz. Kosmosda qaldığım hər an Allaha özümü çox yaxın hiss etdim. Orada oruc da tutduq. Bu ibadətləri edərkən, ac, susuz və yorğun özümü hiss etmədim'' deyib.  

 Kosmosdan dünyaya baxdığını və dünyanın nə qədər kiçik olduğunu gördüyündə tüklərinin insanın qəribə hisslər keçirdiyini izah edən Shukor bildirib ki, ''Yəni ürəyiniz dayanır, gözünüzü qırpmadan dünyaya baxıb və dünyanın nə qədər gözəl olduğunu tamaşa edirsiniz. Dünyaya hər baxışında nə qədər kiçik olduğunu fərq etdiyiniz dünyada duyğulara qapılırsınız. Yaradanın gücünü hiss edirsiniz. İnsanlar dünyada müxtəlif səbəblərdən ötəri bir-birlərini öldürürlər. Amma kosmosa çıxıb dünyaya baxdığınızda dünyanın nə qədər kiçik olduğunu görürsünüz. Biz, milyonlarla qalaktikayla qarşılaşırıq. Bu səbəblə dünyanı qorumaq çox əhəmiyyətlidir.''  

“Nəticədə insan bəşər və dünya üçün yaradılmış. Kosmosa getdiyinizdə psixoloji və fizioloji dəyişikliklərə məruz qalırsınız. Üçüncü gündən etibarən əzələlərdə kiçilmə və sümük əriməsi meydana gəlir. Radiasiya kosmosda çox güclüdür. Buna məruz qalırsınız. Bir çox astronavt bu mühitə bir həftədən çox dözə bilmir. Döndüklərində isə müalicə almaq məcburiyyətində qalırlar. Həm radiasiya təsirləri həm də digər fiziki dəyişmələr üçün baş verir.''  

Kosmosda ən çox torpağın, çəmənlərin və yarpaqların qoxularını üçün darıxdığını bildirən  Shukor, kosmosun onun üçün bir ehtiras olduğunu vurğulayaraq, ''Lazım olsa ölərəm belə kosmos üçün. Tək gediş biletiylə Marsa belə gedərəm geri dönmədən'' deyib.  

Qeyd edək ki, 1972-ci ildə Malayziya doğulan, ''Bədən ağılın yoluna tabedir'' şüarıyla yola çıxan Shukor, 2006-cı ildə ''Ankgasawan'' adlı kosmos uçuşu proqramına qatılır. 10 oktyabr 2007-ci ildə kosmosa çıxan Shukor, kosmosdakı Müsəlman astronavtlardan biri olaraq tarixə çevrilir. 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768