اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Mamontlar yenidən dünyaya qayıda bilər

Yayım Tarixi: 08.12.2011 22:15
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Yapon alimi Akira İritani, hazırladığı klonlaşdırma texnikası ilə önümüzdəki 4-5 il içərisində mamontları dünyaya qaytara biləcəyini bildirib

İslamazeri.az İnternet Qəzetinin "etomir"ə  istinadən verdiyi xəbərə görə, Yaponiyalı gen mühəndisi mamontları yenidən dünyaya qaytaracağını açıqlayıb.

Hər kəsə yaxşı məlum olan "Jurassic Park" filmində Doktor Hammon donmuş bir ağcaqanaddan əldə etdiyi dinozavr qanının DNT-sindən genetik dinozavrlar yaratmış və nəsli milyon illər bundan öncə kəsilən heyvanlardan ibarət zoopark hazırlamışdı.
İndi isə Yapon alimi Akira İritani yeni hazırladığı klonlaşdırma texnikası ilə önümüzdəki 4-5 il içərisində mamontları yenidən dünyaya qaytara biləcəyini bildirib.
Alim bunun üçün Rusiyanın Sibir bölgəsinə gedəcək və buradan 5 min il öncə ölmüş olan və hazırda buzlaqların altında qalan mamontların qalıqlarından yumuşaq toxumalar əldə edəcək.
Həmin toxumalardan əldə edilən DNT bir Afrika filinin yumurtalığına yerləşdiriləcək, fil daşıyıcı ana rolunu oynayacaq.

Qeyd edək ki, son illərə qədər donmuş hüceyrələrdən DNT əldə etmək mümkün deyildi, çünki donmuş hüceyrələr məhv olduğu üçün onlardan istifadə imkansız idi.
Lakin bir neçə il bundan öncə daha bir yapon alimi 16 il boyunca dondurulan siçandan DNT əldə etməyə nail omuşdu və bundan sonra donmuş toxumalardan DNT-nin əldə olunması prosesi mümkün olmuşdu.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Sahib
08.12.2011 23:53

sonra da deyirler ki ALLAH nece insani dirilde biler. q ardsh eger bir yaponyali min iller once olmush fili geriye b qaytarirsa, o yaponyalini yaradan ALLAH nece qaytara bilmez ). bir mentiqle fikirleshin
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768