اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Marsda okean tapıldı (Foto)

Yayım Tarixi: 08.02.2012 11:53
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Avropa Kosmos Agentliyi ESA-nın kəşf peyki “Mars Express”, qırmızı planetdə milyardlarla il əvvəl olmuş iki böyük okeana aid güclü dəlillər tapıb

İslamazeri.az-ın ESA-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2005-ci ildən “Mars Express” peykinin üzərində olan inkişaf etmiş səth altı izləmə və iyonosfer dinləmə radarı (MARSIS), əvvəllər təyin olunan sahillərin olduğu bölgədə okean izləri aşkarlayıb.  

ABŞ-dakı Kaliforniya Universiteti ilə Fransadakı Grenoble Planet və Astrofizik İnstitutundan (IPAG) elm adamlarının təxminən 2 illik araşdırmasına görə, okeanlardan biri 4 milyard il əvvəl, digəri isə 3 milyard il əvvəl Marsın üzərində olub. Araşdırmanı aparan alimlərdən biri Jeremie Mouginot bildirib ki, bu çökəkliklərin buz ehtiva etdiyini düşünürük. Əldə etdiyimiz məlumatlar, burada əvvəllər okean olduğuna dair güclü dəlillər təqdim edir.

IPAG qrupunun rəhbəri Wlodek Kofman isə bildirib ki, MARSIS, Mars səthini 60 - 80 metr dərinliyə qədər araşdırmalar aparıb. Bu təbəqədə okeana aid ola biləcək materiallara rast gəlinib.  

Alimlərin cavabını axtardığı ən əhəmiyyətli sual isə, bu qədər suyun hara itdiyidir. Planetin üzərindəki suyun təxminən 1 milyon il ərzində donub torpağın altında qalmış ola biləcəyi ya da buxarlanıb atmosferə qarışmış ola biləcəyi düşünülür.

Qeyd edək ki, 2003-cü ildə kosmosa göndərilən “Mars Express” peykinin 2014-cü ilin sonuna qədər araşdırmalarda istifadə edilməsi planlaşdırılır.



 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768