اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Megaupload"ın yerinə "Anonyupload" gəlir

Yayım Tarixi: 29.01.2012 12:55
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Saytın yaradıcıları saytı ianələr hesabına saxlamağı planlaşdırdıqlarını bildirib

Müəllif hüquqlarının ən çox danışıldığı bu günlərdə Megaupload-ın bağlanması və sahibinin həbs olunmasından sonra bir çox upload şirkətləri söz saytlarında məhdudlaşdırmalara başlayıb.
Bu şirkətlər müəllif hüquqlarının pozulmasına yol verməmək və Megaupload-ın aqibətini yaşamamaq üçün mümükün qədər ehtiyatlı davranmağa çalışırlar.
Lakin bütün bunların baş verdiyi bir dövrdə SOPA və PİPA qərarlarına qarşı olduğunu və buna qarşı mübarizə aparacağını bildirən Anonymuos ABŞ-ın bir sıra dövlətə bağlı internet saytlarını hack etməyə başlayıb.
Lakin maraqlı olan digər bir məqam isə dünən yaşanıb, belə ki Anonyupload adlı domen adı dünən qeydiyyatdan keçərək fəaliyyətə başladığını elan edib.
Saytın yaradıcıları saytı ianələr hesabına saxlamağı planlaşdırdıqlarını bildirib.
Lakin artıq PayPal yeni upload saytının maliyyələşməsinin qarşısını almaq üçün sayt pul toplanması məqsədilə yaradılan bank hesabına köçürmələri bloklaşdırıb.
Adların oxşarlığı bir çoxlarında yeni yaranmış Anonyupload-ın Anonymuos qrupuna aid olub-olmaması sualını yaratsa da, Anonymuos-dan gələn cavabda adı çəkilən upload saytının onlarla heç bir bağlantısının olmadığı bildirilib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768