"Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədov saxlanılarkən üzərindən eroin "götürülüb"
Vəkil Zaman Səmədovun İslamazeri.az-a verdiyi məlumata görə, Binəqədi Rayonu Baş Polis İdarəsi Mehdi Məmmədovla bağlı heç bir məlumat vermir.
Vəkil bilidirib: "102 məlumat bürosu isə Mehdi Məmmədovun saxlanılarkən üzərindən 0,236 qram eroin "götürülərək" zərərsizləşdirilib və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb. 102-dən bildirilib ki, sabah Binəqədi rayonu Baş Polis İdarəsinə müraciət edilsin. Çox güman sabah hadisə ilə əlaqədar ətraflı məlumat əldə edəcəyik".
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqdır. Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
islamazeri.az