Məyvə və tərəvəz qabıqları heç də sadəcə bu bitkilərin daxili hissəsini qorumaq üçün yaradılmayıb.
Alma qabığı:Kaliumla zəngindir. Həzm sisteminə kömək edir. Qəbizliyi aradan qaldırır. Xolesterolu aşağı salır .Dişləri təmizləyir. Diş ətləri üçün faydalıdır.
Zoğal qabığı:İshalın qarşısını alır. Temperaturu aşağı salır. Böyrək daşlarının müalicəsində istifadə olunur.
Nar qabığı:Bağırsaqları parazitlərdən təmizlənməsinə kömək edir. İshala qarşı faydalıdır.
Limon qabığı:C vitamini ilə zəngindir. Bakteriyaları öldürür. Ürək-damar sistemini nizmalayır. Yumurtalıq və dəri xərçənglərinin qarşısını alır. Qaraciyər və öd kisəsi üçün faydalıdır.
Portağal qabığı:Selüliti aradan qaldırır. Qırışların aradan qaldırılmasına kömək edir. Ultrabənövşəyi şüaların ən böyük düşmənidir.
Xiyar qabığı:Tərkibində demək olar ki,kalori yoxdur. Qırışların qarşısını alır. Dəriyə qulluq etmək üçün ən yaxşı vasitədir.
Kartof qabığı:Kartofu qabığını soyduqdan sonra bişirmək 25 % C vitamini itirmək deməkdir. Buna görə də, kartofun qabığını soymaq əvəzinə bıçaqla təmizləmək daha yaxşıdır.
Heyva qabığı:Sidik yolu iltihabının qarşısını alır. İştahanı artırır. Böyrək və sidil kisəsi iltihabları üçün də faydalıdır.
Badımcan qabığı:Kalium və maqneziumla zəngindir. İmmunitet sistemini möhkəmləndirir. Hüceyrələrin çoxalmasına kömək edir.
Pomidor qabığı:Xolestrolu aşağı salır. Təzyiqi nizamlayır. Ultrabənövşəyi şüalara qarşı faydalıdır.
Qarpız qabığı:C vitamini ilə zəngindir. Dərini təmizləyir. Günəş ləkələrini aradan qaldırır. Orqanizmdəki zəhərli maddələri ifraz edir.
islamazeri.az